Şeytan bu 3 halda insana çox yaxın olur
İmam Baqir (ə) nəql edir: “Həzrət Nuh (ə) qövmünü nifrin etmək üçün Allahı çağıranda, şeytan onun yanına gəlir və deyir: “Ey Nuh! Sənin mənim üzərimdə haqqın vardır. Onun əvəzini vermək istəyirəm”.
Nuh (ə) deyir: “Allaha and olsun ki, mənim üçün xoşagəlməzdir ki, sənin boynunda haqqım olsun. O haqq nədir?”. Şeytan deyir: “Sən Allah yanında qövmünü nifrin etmisən. Onları qərq etmisən. Mənim yolundan azdıra biləcəyim kəs qalmamışdır. Mən başqa nəslin meydana gəlməsinə qədər rahatam”. Nuh (ə) deyir: “Mənə necə əvəz vermək istəyirsən?”. Şeytan deyir: “Məni üç yerdə yada sal ki, o üç yerdə bəndəyə hər bir vaxtdan daha çox yaxınam. O zaman ki, qəzəbləndin – məni yada sal. O zaman ki, iki nəfər arasında hökm verdin – məni yada sal. O zaman ki, bir qadınla bir yerdə oldun, kimsə sizinlə olmadı – məni yada sal””. Bəli, şeytan bu 3 halda insana daha yaxın olar və onu yolundan azdırar. Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb imanı xarab edər, necə ki, sirkə balı xarab edər”. Məysər nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və söhbət qəzəbdən düşdü. Həzrət (ə) buyurdu: “Hər kim bir başqasına qəzəblənərsə, əgər ayaq üstədirsə gərək əyləşsin ki, şeytanın çirkinliyi ondan uzaq olsun”. İmam Əli (ə) buyurur: “Allah yanında ən nifrət olunan kəs iki nəfərdir: o insan ki, Allah onu öz başına buraxmışdır, o yerə qədər ki, doğru yoldan azmış və bidət və yolunu azmaqla bağlı dəvətlə qəlbini xoş etmişdir. O birisi o kəsdir ki, nahaq yerə insanlar arasında hökm vermək kürsüsünə əyləşər”. Muhəmməd Təyyar nəql edir: “Mədinəyə daxil oldum və özümə bir otaqlı ev axtardım ki, kirayə götürüm. Nəhayət bir ev tapdım ki, iki otaqlı ev idi və onların arasında qapı vardı. Otağın birində qadın yaşayırdı. Mən bu otağı kirayə götürmək istəmədim, ancaq qadın dedi ki, mən aramızda olan o qapını qıfıllayacağam. Mən də öz əşyalarımı o biri otağa yığdım. Ancaq qadın otağı qıfıllamaqdan imtina etdi və mən də bu haldan çox narahat oldum. Ona görə İmam Sadiqin (ə) yanına gedib, ona vəziyyətimdən danışdım. İmam (ə) buyurdu: “Oradan köç. Çünki o zaman ki, qadınla kişi bir otaqda xəlvət edərlər – onların üçüncüsü şeytan olar””. /Deyerler.org/ Oxşar xəbərlər
|