Əmmarə nəfslə bu yollarla mübarizə aparmaq olar
Nə edək ki, əmmarə nəfsimizə qalib gələk? Nə edək ki, əmmarə nəfsimiz bizi günaha tərəf sürükləməsin?
1. Təfəkkür. Nəfslə mübarizənin ən mühüm rolu – təfəkkürdür. İnsan təfəkkür etməlidir ki, Allah onu dünyaya gətirmiş və ona bu qədər nemət vermişdir. Bəs onun bu verilənlər qarşısındakı vəzifəsi nədir? Əgər aqil insan bir an düşünərsə, başa düşər ki, Allah ondan nə istəyir. 2. Əzm. İnsan qərara gəlməlidir ki, günahı tərk edəcək və Allahın vacibatlarını yerinə yetirəcəkdir. Bu yol çətin olduğu üçün, xüsusi əzmə malik olmaq – mühüm mövzulardandır. İnsanın gərək bu yolda əzmi və səbri olsun ki, qələbə çala bilsin. 3. Özünü islah etmək. İnsan özünü islah etməyə çalışmalıdır. Günün əvvəlində özü ilə qərar bağlamalıdır ki, bütün gün ərzində günah etməyəcəkdir. Gün ərzində öz əməllərinə nəzarət etməlidir. Günün sonunda isə əməllərinin hesabını çəkməlidir. 4. Rəzil sifətlərini müalicə etməlidir. Əxlaq alimləri buyurur ki, özünüzdə gördüyünüz rəzil sifətləri müalicə edin. Bunun üçün həmin əməlin əksini yerinə yetirin. Allah sizə bu sifətə qalib gəlmək tövfiqi verəcəkdir. 5. Saleh insanlarla dost olmaq. Çalışın elə insanlarla dost olasınız ki, sizi doğru yola yönəltsin və sizə həyatda dəstək olsun. Ondan haqqı öyrənəsiniz və ona əməl edəsiniz. Bu zaman nəfsinizə qalib gələ biləcəksiniz. 6. Dua və təvəssül. Əgər məqsədinizə çatmaq istəyirsinizsə, Allahdan yardım istəyin və Məsum İmamlara (ə) təvəssül edin. Bu zaman Allah sizə nəfsinizə qalib gəlmək tövfiqini əta edəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|