Rüşvətin insana 3 təsiri
Rüşvət – Allahın haram buyurduğu əməllərdəndir ki, insana çox pis təsirləri vardır. Bu təsirlər ilə tanış olaq:
1. Qəsavət və qəlbin daşlaşması. Rüşvət – haram maldır və insanın öz tarlasına əkdiyi pis toxuma bənzəyir. Əgər insanın əkdiyi toxum halal və pak olarsa, onun təsiri qəlbin paklanmasında özünü göstərər. Bədən üzvləri də ona tabe olub, ancaq xeyir işlər görərlər. Əgər əkdiyi bu toxumlar haram olarsa, insanın qəlbinə mənfi təsirlər göstərər və insanın qəlbi daşlaşar. Qəldi qəsavət bağlayar və bu qəlbin sahibi günah edər və günahına görə peşman olmaz. Çünki qəlbi ölmüşdür və qəlbi ölən insan etdiyi günahlara görə peşman olmaz. Heç bir məzlumun naləsi ona təsir etməz. Belə insanın sonu cəhənnəmdir. 2. Dua və ibadətləri qəbul olmaz. Rüşvət – dua və ibadətlərin qəbul olmasına mane olar. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, Allah dərgahında əlini dua üçün qaldırar, halbuki yedikləri haram olar – bu cür halla duası necə qəbul ola bilər ki?!”. 3. Hesabı çətin olar. O kəs ki, ruzi qazanan zaman halal və harama diqqət etməz, rüşvətlə mal toplayar – onun axirətdəki yeri cəhənnəmdir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, əti haramdan əmələ gələr – behiştə daxil olmayacaqdır. Cəhənnəm onun üçün daha layiqlidir”. Uca Allah cəmi insanları bu iyrənc əməldən uzaq etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|