Necə edək ki, hikmət bulaqları bizim də qəlbimizə axsın?
Mьəllif: admin1
Tarix: 14-11-2020, 10:57
Necə edək ki, hikmət bulaqları bizim də qəlbimizə axsın?
Hədislərdə oxuyuruq ki, hər kim 40 gün ərzində Allah üçün niyyətini xalis edərsə, hikmət bulaqları qəlbindən dilinə axar. Bəs ixlasın bu dərəcəsinə necə çata bilərik?

Bəli, bir yol vardır ki, ariflər ixlas əldə etmək üçün 40 gün ondan istifadə edirlər. Bu yollar müşaritə, müraqibə və mühasibədir.

Hər kim bu məqama çatmaq istəyirsə, gərək hər səhər özü ilə şərt kəssin ki, günahlardan uzaq olacaqdır və ya hansısa məkruh işləri yerinə yetirməyəcəkdir.

Sonra səhərdən axşama qədər nəfsinə nəzarət etsin və baxsın görsün, günah edirmi?

O zaman ki, axşam olar və yatağa gedər – əməllərinin hesabını çəksin. Əgər qoyduğu şərtə əməl edibdirsə, Allaha şükür etsin.

Əgər yox, əməl etməyə müvəffəq olmayıbdırsa – tövbə etsin. O biri günün səhəri duran zaman, yenə də özü ilə şərt kəssin.

Bu əməli 40 gün yerinə yetirsin. Hər kim bu əməli yerinə yetirər, gərək niyyəti Allah rizası olsun, nəinki hikmət və elm bulağı.

Hər kim Allah rizası üçün addım atarsa, Allah da onun bu əməlini dəyərləndirər və ona tərəf 10 addım atar.

Ona hər bir işində yardım edər və onun yavəri olar. Bu zaman hikmət bulaqları axmağa başlayar ki, hər bir mömin onun həsrətindədir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031