İnsanı depressiyadan çıxara bilən yol
Mьəllif: admin1
Tarix: 15-11-2020, 22:19
İnsanı depressiyadan çıxara bilən yol
İslam dini kamil bir din olaraq insanları kamala çatdırmaq üçün nazil olmuşdur. Kamil insanın isə həm ruhu və həm də cismi sağlam olmalıdır.

Sağlam ruha malik olmaq üçün isə Allahı yada salmaq və Onu zikr etmək – mühüm amillərdən biri hesab olunur. Hər kim depressiya və ruhi xəstəliklərdən nicat tapmaq istəyirsə, bunları bilməlidir.

İman.

Depressiya adətən o kəslərin arasında çox rast gəlinir ki, zəif imana malikdirlər. Allaha bağlanmaq və Onu yada salmaq insan ruhunu güclü edir və bu insanda müqavimət hissi də güclü olur. Hər kim bu ruhi xəstəlikdən nicat tapmaq istəyirsə, gərək imanını gücləndirsin.

Namaz, dua, münacat.

Bütün ruhi xəstəliklərin əlacı, mənəviyyat aləminə diqqət göstərməklə həyata keçə bilər. Namaz, ibadət, dua və münacat insanı bu xəstəlikdən xilas edə bilər.

Tövbə.

İnsanın depressiyaya düşməsinin səbəblərindən biri – Allah qarşısında günahlarına görə iztirab hiss etməsidir. Günah nəticəsində vicdanı dilə gələr və ona təzyiq göstərər. İnsan ruhi iztirab keçirər. Bu xəstəlikdən və iztirabdan xilas olmağın ən yaxşı yolu – tövbədir.

Təvəkkül.

İmam Əli (ə) buyurur: “O kəs ki, Allaha etimad edər – qəlbində şadlıq hasil olar. O kəs ki, Allaha təvəkkül edər – Allah onun işlərinə kifayət edər”.

Quran və hədis oxumaq.

Quran bütün dərdlərin dərmanıdır, xüsusilə də ruhi xəstəliklərin. Hədis oxumaq insanı Allaha yaxınlaşdırar və bir çox ruhi xəstəliklərdən azad olmağa yardım edər və yol göstərər.

Beləliklə, bu tövsiyələrə riayət edən insan, depressiyadan birmənalı olaraq xilas ola və möhkəm psixoloji immunietə malik ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031