Əllamə Təbatəbainin möcüzəvari dəfni
Biz ki, Məsumları (ə) görməmişik – onları təsvir etmək bir qədər çətin məsələdir.
Ancaq o alimlər ki, ismət məqamına çatmışdılar, onların həyatını müşahidə etmək bizi Məsumlar (ə) haqqında az da olsa, bilgiləndirir. Əllamə Təbatəbai də bu cür alimlərdən biri olmuşdur. Bu alimin həyatı haqqında çox insan danışmış və kitablar yazmışdılar. Onun haqqında Rəsul Cəfərian da öz “Tarixi məqalə və risalələr” kitabında nəql etmişdir. O, hüccətül-İslam Muhəmməd Hüseyn Əşərinin dilindən nəql edir: “Əllamə Təbatəbai xəstəliyinin sonunda boynundan ayağına qədər iflic olur. Ona görə də xəstəxanada yatır. Mən üç gecə və gündüz orada idim. Həkimlərdən biri onun halının pisləşməsini görən zaman zəng edir ki, bir helekopter göndərsinlər və onu Tehran xəstəxanasına aparsın. Ancaq mən nə qədər müxalifətlik etmək istədimsə, təsiri olmadı. Çünki alimin yaşamaq üçün çox az vaxtının qaldığını hiss edirdim. Bu zaman Ayətullah Gülpayiqani gəldi və mən məsələni ona danışdım. O da həmin həkimi çağırıb dedi ki, əsr vaxtına qədər səbir etsin. Əgər onu bu halda aparmaq mümkün olarsa, o zaman aparsınlar. Bir neçə saat keçdi və böyük alim vəfat etdi. Mən bu xəbəri telefonla İmam Xomeyni ağaya xəbər verdim. O, dedi: “Onun qəbri ilə bağlı haranı məsləhət bilirsinizsə, orada dəfn edin. Molayi ağaya da tapşırıq verəcəyəm”. Mən Molayi ağanın ardınca getdim ki, qəbrin harada olmasını təyin edək. O mərhum İşraqinin qəbri yanında olan yeri təklif etdi, ancaq mən razı olmadım. Dedim ki, Təbatəbai ağa o alimlərdəndir ki, insanlar onun ziyarətinə gələcəklər və ona görə də rahat yerdə basdırılmalıdır. Sonra hal-hazırda basdırldığı yeri gördüm və oranı təklif etdim. O, dedi: “Buranın hər yerini tamamən betonlayıblar, ona görə də qəbir qazmaq çox şətin olacaqdır”. Mən israr etdim və xahiş etdim ki, bu məsələni özüm həll edəcəyəm. Mən memardan xahiş etdim ki, burada əgər qəbir yoxdursa, alimi burada dəfn etmək istəyirik. O da razılaşdı. Gecə olan zaman yeri qazmaq üçün maşın gətirdilər. Əvvəl mərməri götürdülər, sonra beton plitələri qazıb çıxartdılar. Baxdılar ki, torpağın altında yenə də beton plitələr vardır. Mən yenə təkid etdim ki, qazsınlar. Onlar beton plitələri çıxardan zaman gördük ki, orada hazır bir qəbir vardır. Təbii ki, içərisində heç kəsin sümükləri yox idi. (Bu yer tamamilə betonla örtülmüşdü). Çox təəccüb etdik və ağanı bu hazır qəbirdə dəfn etdik”. Bax beləcə, Təbatəbai ağa üçün möcüzəvi surətdə öncədən qəbir hazırlanmışdı. /Deyerler.org/ Oxşar xəbərlər
|