İmam Zaman ağanın (ə.f) süfrəsindən bəhrələnən möminin əhvalatı
Mьəllif: admin1
Tarix: 17-11-2020, 21:31
İmam Zaman ağanın (ə.f) süfrəsindən bəhrələnən möminin əhvalatı
Məşhur Əhli-Beyt (ə) davamçılarından olan Əbu Muhəmməd İsa ibni Məhdi nəql edir: “268-ci ildə eşitdim ki, İmam Zaman ağa (ə.f) İraqdan Mədinəyə köçmüşdür.

Mən də həcci yerinə yetirmək üçün Məkkəyə yollandım. Ümid etdim ki, İmamı (ə.f) orada ziyarət edə bilərəm.

O zaman ki, Sirya kəndinə çatdım, çox yoruldum və ürəyim balıq və xurma yemək istədi. Ancaq o şeyləri özümlə götürməmişdim. Özümü Mədinəyə çatdırdım.

Dostlarımla görüşdüm və mənə xəbər verdilər ki, İmam Zaman ağa (ə.f) Mədinədədir. Mənə ünvanı göstərdilər. Mən də həmin evin yanına getdim. Namaz vaxtı idi.

Namazlarımı qıldım və Allahla raz-niyaz etdim. Bu zaman evin qapısı açıldı və xadim mənə dedi ki, “Ey İsa! Evə daxil ol!”.

Mən də çox sevincli halda təkbir deyərək, evə daxil oldum. Gördüm ki, böyük bir süfrə açılmışdır. Xadim məni süfrə başında əyləşdirdi və dedi: “Mövlam (ə.f) buyurur ki, bu yeməklərin hansından istəyirsə yesin”.

Mən öz-özümə dedim: “Necə yemək yeyim ki, hələ Mövlamı görməmişəm?”.

Bu zaman səs eşitdim ki, buyurur: “Ey İsa! Bizim yeməklərin hansından istəyirsənsə ye və məni görəcəksən”.

Süfrəyə bir nəzər saldım və gördüm ki, ürəyimdən nə keçirdisə, hamısı bu süfrədədir. Öz-özümə düşündüm ki, axı mən nə istədiyimi dilimə gətirməmişdim, Ağa (ə.f) bunları haradan bildi?

Bu zaman səs eşitdim ki, buyurur: “Ey İsa! Biz Əhli-Beytlə (ə) bağlı şəkki özünə yaxın buraxma. Biz hər bir şeyə agahıq”.

Bu zaman ağlamaq məni tutdu və mən süfrədə olanlardan yeməyə başladım. Yediyim yeməklər o qədər dadlı idi ki, bu cür yeməyi heç bir yerdə yeməmişdim.

Bir az yeyəndən sonra daha çox yeməyə xəcalət çəkdim və süfrədən aralandım. Səs eşitdim ki, buyurur: Ey İsa! Xəcalət çəkmə. Nə istəyirsənsə, ye. Bu yeməklər behişt yeməkləridir, ona insan əli dəyməmişdir”.

Mən bir qədər də yedim və tox oldum.

Bu zaman səs eşitdim ki, buyurur: “Ey İsa! İndi bizim yanımıza gəl”.

Ayağa qalxmaq istəyəndə düşündüm ki, bəs əlimi yumamışam və bu halda necə görüşə gedim?

İmam (ə.f) buyurdu: “Behişt yeməklərinin təsiri əldə qalmır. Yumağa ehtiyac yoxdur”.

Mən ayağa qalxdım və səs gələn tərəfə getdim. Həzrət İmamın (ə.f) heybəti məni məftun etdi.

İmam (ə.f) buyurdu: “Nə olubdur ki, bizi görməyə taqətiniz yoxdur? Get və dostlarını gördüklərinlə bağlı xəbərdar et. De ki, bizim barəmizdə şəkk etməsinlər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031