Bu doğrudurmu ki, İmam Əli (ə) davamçıları hesabsız behiştə daxil olarlar?
Bəzi hədislərdə oxuyuruq ki, Əhli-Beyt (ə) davamçıları da hesab verəcəklər.
Ancaq onlardan hesab götürənlər Məsumlar (ə) olacaqdır. Onlar üçün bağışlanma istəyəcəklər və onlar behiştə daxil olacaqlar. İmam Rza (ə) buyurur: “Əgər Qiyamət günü Əhli-Beyt (ə) davamçılarının hesabını bizə təhvil versələr, hər kəs Allahdan onunla bağlı haqqını istəsə, biz onun məsələsində hökm verərik. Allah da bizim istəyimizi yerinə yetirər. Hər kimin haqqını insanlar istəyərsə, onun üçün bağışlanma istəyərik. İnsanlar da onu bizə bağışlayarlar. O kəsin ki, haqq istəməyi bizimlə onun arasında olar – biz hər kəsdən daha çox bağışlamağa layiqiq. Ona güzəşt edərik”. /Deyerler.org/ Oxşar xəbərlər
|