Məsləhət etməyin hansı faydaları var? Kimlərlə məsləhət etmək olmaz?
Mьəllif: admin1
Tarix: 20-11-2020, 12:00
Məsləhət etməyin hansı faydaları var? Kimlərlə məsləhət etmək olmaz?
Məsləhət etmək – ictimai rabitələrin güclənməsində mühüm əhəmiyyətə malikdir. Hər bir insan bütün elm və təcrübələrə malik olmadığı üçün, məsləhət etməyin faydaları çoxdur.

O kəs ki, məsləhət əhlindən olar, başqalarının təcrübəsindən bəhrələnər və həyatda müvəffəq olar.

Quranın nəzərinə görə, məsləhət etmək – iman əhlinin sifətlərindəndir. “Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Şura” 38).

İnsan gərək başqalarının fikir və təcrübələrindən istifadə etsin ki, doğru yolu tapa bilsin və ona əməl etsin. Bu ayədən də göründüyü kimi, məsləhət etmək mömin insanların bariz sifətlərindən olmalıdır. Bu insanların işləri həmişə müvəffəq olar.

Məsləhət etmək o qədər əhəmiyyətli mövzulardandır ki, Allah Təala Həzrət Peyğəmbərə (s) məsləhət etməyi tövsiyə etmişdir:

“Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).

Məsləhət edən zaman istedadlar üzə çıxar, məhəbbət icad olar, ən üstün seçimi seçərlər. Məsləhət o qədər mühümdür ki, Allah Təbarəkə və Təala Öz Peyğəmbərinə (s) buyurur ki, işlərində möminlər ilə məsləhət etsin.

Ona görə də deyə bilərik ki, məsləhət etmək ancaq dini mövzulara aid deyildir. İnsan həyatda qarşısına çıxan bir çox çətinlik zamanı da başqaları ilə məsləhət etməyə çalışmalıdır.

Adətən o kəslər ki, başqaları ilə məsləhət edərlər, daha az büdrəyərlər. Lakin o kəslər ki, özlərini məsləhət etməkdən ehtiyacsız görərlər, onlar daha çox xata işlədərlər.

Peyğəmbərimiz (s) buyurur: “Heç kəs heç bir zaman məsləhət ilə bədbəxt və rəy dikdatorluğu ilə xoşbəxt olmamışdır”.

İmam Əli (ə) buyurur: “O kəs ki, rəy dikdatorluğuna malik olar – həlak olar. O kəs ki, böyükləri ilə məsləhət edər – onların ağlına şərik olar”.

Muəmmir ibni Xəlad nəql edir ki, İmam Rzanın (ə) Səyid adlı xadimlərindən biri vəfat etmişdi. İmam (ə) mənə buyurdu: “Mənə elə bir şəxsi tanıt ki, fəzlə və əmanətə malik olsun”.

O, deyir: “Təəccüblə dedim: “Mən sizə məsləhər verim?”.

İmam (ə) bir qədər narahat halda buyurdu: “Peyğəmbər (s) öz tərəfdaşları ilə məsləhət edərdi. Sonra nə xeyirlidirsə, onu yerinə yetirərdi”.

Bu hədisdən göründüyü kimi, İmam (ə) məsləhət edəcəyi şəxsdə iki sifəti görmək istəyir: biri – fəzldir və o birisi – əmanətdir. İmamın (ə) da buyurduğu kimi, məsləhət etmək peyğəmbərlərin (ə) də işi olmuşdur.

Ona görə də biz də o Həzrətlərin (ə) ardıcılları olaraq, gərək işlərimizdə başqaları ilə məsləhət etməyi bacaraq.

Bu insanlarla məsləhət etmək olmaz:

1. Alçaq insanlar. Hər kim həyatda müvəffəq olmaq istəyirsə, gərək alçaq insanlarla məsləhət etməsin. İmam Sadiq (ə) buyurur: “Onlar əmanətə xəyanət edərlər. Məsləhət zamanı yalan deyərlər. İnsanı xarlıq və alçaqlığa tərəf çəkərlər”.

2. Qorxaq insanla. O kəslər ki, qorxu onlara qələbə çalar – məsləhətə layiq insanlar deyildirlər. Onlar kiçik mövzuları böyüdürlər. Mühüm mövzuları əhəmiyyətsiz hesab edirlər.

3. Simic insanlar. İşlərin sahmana düşməsi üçün maddi imkana ehtiyac vardır. Simic insanlar pul xərcləməyi sevmədiklərinə görə bu yolda insana doğru məsləhət verə bilməzlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Qorxaq ilə məsləhət etmə – çünki belə insan müvəffəqiyyət yolunu sənin üçün dar edər.

Simic ilə məsləhət etmə – çünki səni hədəfinə çatmaqdan saxlayar.

Həris insanla məsləhət etmə – hərisliyini sənin üçün bəzəyər.

Qorxu, simiclik və hərislik o sifətlərdir ki, onların cəmi – Allaha sui-zəndir”.

Məsləhətin insan üçün gətirdiyi xeyirlər:

- Büdrəmələri azaldar.

- İstedadları çiçəkləndirər və inkişaf etdirər.

- Bir millətin sərmayəsinin əldən getməməsinə səbəb olar.

- Qələbə qazanan zaman həsəd daha az hiss olunar. Çünki, başqaları qələbəni öz hesablarına yazarlar.

- Məğlub olan zaman onu məzəmmət edən dillər az olar. Çünki, başqaları onun bu işində şərik olmuşdular.

- Dostlar düşmənlərdən ayrılar.

- İnsanların fikirlərinə ehtiram qoyular və insanlar arasındakı məhəbbəti artırar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031