İmam Baqirin (ə) Sədül-Xeyirə yazdığı məktub
Yezid ibn Abdullahdan nəql olunur ki, İmam Baqir (ə) Sədül-Xeyirə belə yazmışdı:
بِسمِ اللّهِ الرَّحمنِ الرَّحيمِ، أمّا بَعدُ، فَإِنّي اُوصيكَ بِتَقوَى اللّهِ فَإِنَّ فيهَا السَّلامَةَ مِنَ التَّلَفِ وَالغَنيمَةَ فِي المُنقَلَبِ، إنَّ اللّهَ عَزَّوجَلَّ يَقي بِالتَّقوى عَنِ العَبدِ ما عَزُبَ عَنهُ عَقلُهُ، ويَجلي بِالتَّقوى عَنهُ عَماهُ وجَهلَهُ، وبِالتَّقوى نَجا نوحٌ ومَن مَعَهُ فِي السَّفينَةِ وصالِحٌ ومَن مَعَهُ مِنَ الصّاعِقَةِ، وبِالتَّقوى فازَ الصّابِرونَ ونَجَت تِلكَ العُصَبُ مِنَ المَهالِكِ، ولَهُم إخوانٌ عَلى تِلكَ الطَريقَةِ يَلتَمِسونَ تِلكَ الفَضيلَةَ، نَبَذوا طُغيانَهُم مِنَ الإِيرادِ بِالشَّهَواتِ لِما بَلَغَهُم فِي الكِتابِ مِنَ المَثُلاتِ، حَمِدوا رَبَّهُم عَلى مارَزَقَهُم وهُوَ أهلُ الحَمدِ، وذَمّوا أنفُسَهُم عَلى مافَرَّطوا وهُم أهلُ الذَّمِّ، وعَلِموا أنَّ اللّهَ تَبارَكَ وتَعالى الحَليمَ العَليمَ، إنَّما غَضَبُهُ عَلى مَن لَم يَقبَل مِنهُ رِضاهُ، وإنَّما يَمنَعُ مَن لَم يَقبَل مِنهُ عَطاهُ، وإنَّما يُضِلُّ مَن لَم يَقبَل مِنهُ هُداهُ. ثُمَّ أمكَنَ أهلَ السَّيِّئاتِ مِنَ التَّوبَةِ بِتَبديلِ الحَسَناتِ، دَعا عِبادَهُ فِي الكِتابِ إلى ذلِكَ بِصَوتٍ رَفيعٍ لَم يَنقَطِع ولَم يَمنَع دُعاءَ عِبادِهِ، فَلَعَنَ اللّهُ الَّذينَ يَكتُمونَ ما أنزَلَ اللّهُ، وكَتَبَ عَلى نَفسِهِ الرَّحمَةَ فَسَبَقَت قَبلَ الغَضَبِ، فَتَمَّت صِدقًا وعَدلاً. فَلَيسَ يَبتَدِئُ العِبادَ بِالغَضَبِ قَبلَ أن يُغضِبوهُ، وذلِكَ مِن عِلمِ اليَقينِ وعِلمِ التَّقوى. وكُلُّ اُمَّةٍ قَد رَفَعَ اللّهُ عَنهُم عِلمَ الكِتابِ حينَ نَبَذوهُ ووَلاّهُم عَدُوَّهُم حينَ تَوَلَّوهُ. وكانَ مِن نَبذِهِمُ الكِتابَ أن أقاموا حُروفَهُ وحَرَّفوا حُدودَهُ، فَهُم يَروونَهُ ولا يَرعَونَهُ، وَالجُهّالُ يُعجِبُهُم حِفظُهُم لِلرِّوايَةِ، والعُلَماءُ يَحزُنُهُم تَركُهُم لِلرِّعايَةِ. وكانَ مِن نَبذِهِمُ الكِتابَ أن وَلَّوهُ الَّذينَ لايَعلَمونَ، فَأَورَدوهُمُ الهَوى، وأصدَروهُم إلَى الرَّدى، وغَيَّروا عُرى الدّينِ، ثُمَّ وَرَّثوهُ فِي السَّفَهِ وَالصِّبا، فَالاُمَّةُ يَصدُرونَ عَن أمرِ النّاسِ بَعدَ أمرِ اللّهِ تَبارَكَ وتَعالى وعَلَيهِ يَرِدونَ، فَبِئسَ لِلظّالِمينَ بَدَلاً وَلايَةُ النّاسِ بَعدَ وَلايَةِ اللّه، وثَوابُ النّاسِ بَعدَ ثَوابِ اللّه، ورِضَا النّاسِ بَعدَ رِضَا اللّه، فَأَصبَحَتِ الاُمَّةُ كَذلِكَ وفيهِمُ المُجتَهِدونَ فِي العِبادَةِ عَلى تِلكَ الضَّلالَةِ، مُعجَبونَ مَفتونونَ، فَعِبادَتُهُم فِتنَةٌ لَهُم ولِمَنِ اقتَدى بِهِم. وقَد كانَ فِي الرُّسُلِ ذِكرى لِلعابِدينَ، إنَّ نَبِيًّا مِنَ الأَنبِياءِ كانَ يَستَكمِلُ الطّاعَةَ، ثُمَّ يَعصِي اللّهَ تَبارَكَ وتَعالى فِي البابِ الواحِدِ، فَخَرَجَ بِهِ مِنَ الجَنَّةِ. و يُنبَذُ بِهِ في بَطنِ الحوتِ، ثُمَّ لا يُنجيهِ إلاَّ الاِعتِرافُ وَالتَّوبَةُ. فَاعرِف أشباهَ الأَحبارِ وَالرُّهبانِ الَّذينَ ساروا بِكِتمانِ الكِتابِ وتَحريفِهِ، فَما رَبِحَت تِجارَتُهُم وما كانوا مُهتَدينَ. ثُمَّ اعرِف أشباهَهُم مِن هذِهِ الاُمَّةِ الَّذينَ أقاموا حُروفَ الكِتابِ وحَرَّفوا حُدودَهُ، فَهُم مَعَ السّادَةِ وَالكَبَرَةِ (وَالكَثرَةِ ـ خ ل)، فَإِذا تَفَرَّقَت قادَةُ الأَهواءِ كانوا مَعَ أكثَرِهِم دُنيا، وذلِكَ مَبلَغُهُم مِنَ العِلمِ. لايَزالونَ كَذلِكَ في طَبَعٍ وطَمَعٍ، لايَزالُ يُسمَعُ صَوتُ إبليسَ عَلى ألسِنَتِهِم بِباطِلٍ كَثيرٍ. يَصبِرُ مِنهُمُ العُلَماءُ عَلَى الأَذى وَالتَّعنيفِ، ويَعيبونَ عَلَى العُلَماءِ بِالتَّكليفِ. وَالعُلَماءُ في أنفُسِهِم خانَةٌ إن كَتَمُوا النَّصيحَةَ، إن رَأَوا تائِهًا ضالاًّ لايَهدونَهُ أو مَيِّتًا لا يُحيونَهُ، فَبِئسَ ما يَصنَعونَ! لِأَنَّ اللّهَ تَبارَكَ وتَعالى أخَذَ عَلَيهِمُ الميثاقَ فِي الكِتابِ أن يَأمُروا بِالمَعروفِ وبِما اُمِروا بِهِ، وأن يَنهَوا عَمّا نُهوا عَنهُ، وأن يَتَعاوَنوا عَلَى البِرِّ وَالتَّقوى ولايَتَعاوَنوا عَلَى الإِثمِ وَالعُدوانِ، فَالعُلَماءُ مِنَ الجُهّالِ في جَهدٍ وجِهادٍ؛ إن وَعَظَت قالوا: طَغَت، وإن عَلِموا (عَمِلوا ـ خ ل) الحَقَّ الَّذي تَرَكوا قالوا: خالَفَت، وإنِ اعتَزَلوهُم قالوا: فارَقَت، وإن قالوا: هاتوا بُرهانَكُم عَلى ما تُحَدِّثونَ قالوا: نافَقَت، وإن أطاعوهُم قالوا:عَصَتِ اللّهَ عَزَّوجَلَّ، فَهَلَكَ جُهّالٌ فيما لايَعلَمونَ، اُمِّيّونَ فيما يَتلونَ، يُصَدِّقونَ بِالكِتابِ عِندَ التَّعريفِ ويُكَذِّبونَ بِهِ عِندَ التَّحريفِ، فَلا يُنكَرونَ. اُولئِكَ أشباهُ الأَحبارِ وَالرُّهبانِ، قادَةٌ فِي الهَوى، سادَةٌ فِي الرَّدى. وآخَرونَ مِنهُم جُلوسٌ بَينَ الضَّلالَةِ وَالهُدى، لايَعرِفونَ إحدَى الطّائِفَتَينِ مِنَ الاُخرى، يَقولونَ ما كانَ النّاسُ يَعرِفونَ هذا ولا يَدرونَ ما هُوَ، وصَدَقوا، تَرَكَهُم رَسولَ اللّهِ| عَلَى البَيضاءِ لَيلُها مِن نَهارِها، لَم يَظهَر فيهِم بِدعَةٌ ولَم يُبَدَّل فيهِم سُنَّةٌ، لا خِلافَ عِندَهُم ولاَ اختِلافَ، فَلَمّا غَشِيَ النّاسَ ظُلمَةُ خَطاياهُم صاروا إمامَينِ: داعٍ إلَى اللّهِ تَبارَكَ وتَعالى وداعٍ إلَى النّارِ، فَعِندَ ذلِكَ نَطَقَ الشَّيطانُ، فَعَلا صَوتُهُ عَلى لِسانِ أولِيائِهِ، وكَثُرَ خَيلُهُ ورَجِلُهُ، وشارَكَ فِي المالِ وَالوَلَدِ مَن أشرَكَهُ، فَعَمِلَ بِالبِدعَةِ وتَرَكَ الِكتابَ وَالسُّنَّةَ. ونَطَقَ أولِياءُ اللّهِ بِالحُجَّةِ وأخَذوا بِالكِتابِ وَالحِكمَةِ، فَتَفَرَّقَ مِن ذلِكَ اليَومِ أهلُ الحَقِّ وأهلُ الباطِلِ، وتَخاذَلَ وتَهادَنَ أهلُ الهُدى، وتَعاوَنَ أهلُ الضَّلالَةِ، حَتّى كانَتِ الجَماعَةُ مَعَ فُلانٍ وأشباهِهِ، فَاعرِف هذَا الصِّنفَ. وصِنفٌ آخَرُ، فَأَبصِرهُم رَأيَ العَينِ نُجَباءَ، وَألزَمهُم حَتّى تَرِدَ أهلَكَ، فَ «إِنَّ الخاسِرينَ الَّذينَ خَسِروا أنفُسَهُم وأهليهِم يَومَ القِيامَةِ ألا ذلِكَ هُوَ الخُسرانُ المُبينُ». “Bağışlayan və mehriban Allahın adı ilə! Amma sonra, mən sənə Allahdan qorxmağı (təqvalı olmağı) tövsiyə edirəm. Çünki təqva insanı tələf olmaqdan (azğınlıqdan) qoruyar, axirətdə də fayda verər. Allah-Taala təqva ilə bəndənin şüurundan uzaq olanları (təhlükə və bəlaları) dəf edər, cəhl və nadanlığını aradan qaldırar. Təqva ilə Nuh və gəmisində olanlar (tufandan), Saleh və onunla birgə olanlar ildırımdan, həmçinin səbir edənlər, seçilmişlər və şərəfli insanlar (Nuh, Saleh, onların ardıcılları və keçmiş ümmətlərin səbirliləri) təhlükələrdən nicat tapdılar. (İndinin özündə də) onların həmin yolu tutan, həmin fəzilətləri yaşadan (din) qardaşları vardır. Onlar Allahın kitabında (günahkarlar, cinayətkarlar və ehtiras düşkünləri barədə) vəd verilən cəzalardan qorxaraq ehtiras tüğyanlarının qarşısını alır, həmd və şükrə layiq Allaha (onlara) verdiyi ruziyə görə həmd və şükür edir, özlərini (itaət və ibadətdə) səhlənkarlıqlarına görə məzəmmətləyir və həmişə özlərini məzəmmətə layiq görürlər (Allaha ibadət və itaətdə nə qədər çalışsalar da, yenə özlərini günahkar hesab edirlər). Bilirlər ki, həqiqətdə, təmkinli və hər şeyi bilən Allah-Taala yalnız razılığına (əmrinə) təslim olmayanlara qəzəblidir, (rəhmət və nemətini) qədrini bilməyənlərdən alır və hidayət olmayanları da zəlalətə salır. Sonra günahkarlara tövbə ilə pis əməllərini yaxşılıqlarla dəyişdirmə imkanını verir, bəndələrini Qurani-Kərimdə daim uca səslə bu işə dəvət edir və onların duasına mane olmur, beləliklə, Onun nazil etdiklərini gizlədənləri lənətləyir. Allah rəhmətini Özünə yazmış (rəhmət qələmi ilə başlamış) və rəhməti qəzəbindən irəli keçərək aləm doğruluq və ədalət üzərində qurulmuşdur. Demək, bəndələr Onu qəzəbləndirməzdən öncə onlara qəzəbi tutmaz və bu, “elmül-yəqin” (yəqin elmi) və təqvanın sayəsindədir. Allah kitab elmini (din və şəriətini) ümmətdən özləri uzaqlaşdırdığı zaman alar və düşmənləri ilə saziş etdikləri (yaxud dini elm və maarifdən üz çevirdikləri) zaman onlara hakim edər. Onların kitabı (Quranı) özlərindən uzaqlaşdırmasının nişanələrindən biri odur ki, onun hərflərinə (ayə və surələrinə) ehtiramla yanaşır, hüdudlarını (hökm və qanunlarını) isə təhrif edirlər, onları rəvayət (hər gün dillərində təkrar) edir, əməldə isə pozurlar. Nadanlar onları söyləmək məqsədilə qorumaqdan ləzzət alır, alimlər isə əməl etmədiklərinə görə qəmgindirlər. Belə alimlərin nişanələrindən biri də odur ki, kitabı nadanlara tapşırmış, onları nəfsi istəklərə yönəltmiş, həlakətə sürükləmiş, dinin sütunlarını dəyişdirmiş, sonra da bir para şüursuz və nadan oğul-uşağa irs qoymuşlar. İndi isə ümmət Allah-Taalanın əmrinə deyil, insanların əmrinə tabedir, onlardan göstəriş alır! Vay olsun Allahın vilayətini (itaətini) insanlara itaətlə, Allahın savabını onların mükafatı ilə, Allahın razılığını onların razılığı ilə dəyişən zülmkarlara! Ümmətin vəziyyəti belə bərbad ikən aralarında elələri vardır ki, azğınlıq içərisində ibadətə can atır, şeytana uyaraq (ibadətlərilə) öyünürlər. Onların ibadəti həm özlərinə, həm də onlara tabe olanlara fitnə və azğınlıqdan başqa bir şey verməz. Abidlər üçün Allah elçiləri içərisində öyüd və ibrətlər vardır. Peyğəmbərlərdən biri itaətkarlığı başa vurduğu halda, yalnız bir yerdə Allaha itaətsizliyi ilə Behiştdən çıxarıldı və (başqası) balığın qarnına atıldı. Onu bu bəladan xilas edən yalnız etiraf və tövbəsi oldu. Belə isə (ey Səd,) sən Allahın kitabındakıları gizlədən və onları təhrif edən belə alim və rahiblərə bənzərləri tanı. Onların bu alış-verişinin heç bir faydası olmaz və onlar hidayət tapmazlar. Bəs, bu ümmət içərisində olan belələrini yaxşı tanı! Həqiqətdə, onlar Quranın yazılarını qoruyub-saxlasalar da, onun hökm və qanunlarını təhrif etmişlər. Onlar hakim və rəhbərlərlə birdilər, nəfsin istəklərinə uyan bu rəhbərlərin aralarında təfriqə və ixtilaf düşdükdə isə mal-dövləti artıq olanlarla əlbir olarlar. Budur onların elminin sonu (bəhrəsi)! Onlar daim qəflət və tamah içərisində çapalayır və həmişə İblisin batil söz və səsləri onların dillərindən kəsilmir. Bu vəziyyət isə (həqiqi və ilahi) alimləri daimi narahat edir və səbirlə onlara ilahi vəzifələrini xatırlatdıqda, onlara irad tuturlar. Halbuki əsl alimlər xeyirxahlıq və nəsihəti gizlətməyi, zəlalətdə qalanları hidayət etməməyi, mənəvi ölülərə həyat bağışlamamağı xəyanət hesab edirlər. Onların əks mövqeyi isə necə də pisdir! Allah-Taala Qurani-Kərimdə onlarla əhd-peyman bağlamışdır ki, xalqı xeyirli işlərə və Allahın əmrlərinə tabe olmağa çağırsın, qadağan etdiklərindən çəkindirsin, yaxşılıq və pərhizkarlıq uğrunda həmkarlıq etsin, günahlar və düşmənçiliklərdə bir-birilə əlbir olmasınlar. Alimlər belə nadanların əlindən təngə gəlmişlər ki, onları nəsihət edənlərə “yolunu azmışdır” – deyər, tərk etdikləri haqqı başa saldıqda da “(haqq ilə) müxalifdir” – deyər, (çarəsiz) bir guşəyə çəkilənlərə “(ümmətdən) ayrılmışlar” – deyər, onlardan sözlərinə görə dəlil, sübut istəyənlərə “münafiqdir” – deyər, onlara itaət etdikdə də “Allah-Taalaya itaətsizlik etmişlər” – deyərlər. Nadanlıqları içərisində batanlar, (Allahın kitabından) tilavət etdiklərini dərk etməyənlər, yalnız dildə Onu təsdiq edib, əməldə təhrifləri ilə təkzib edənlər və öz pis əməllərindən xəbərsizlər həlakətdədirlər! Onlar eynilə məsihi alim və rahiblərinə oxşayır, ehtiraslarda qabaqcıl, həlakət vadisinə sürükləyənlərdir. Digər bir qrup da vardır ki, azğınlıq və hidayət adlı iki yolayrıcında sərgərdan əyləşib, doğru yolda olanları azğınlardan ayırd edə bilməyərək deyirlər: “Camaat (Peyğəmbərin dövründə) belə bir şeydən (ümmətin arasında yaranan ixtilafdan) xəbərsiz idi və onun (ixtilaf) nə olduğunu bilmirdilər.” Bu sözü düz deyirlər. (Çünki) Peyğəmbəri-Əkrəm (s) onları tərk etdikdə, aralarında gecə-gündüzü aşkar olan şəriət qoymuşdu, nə bidət yaranmış, nə bir sünnə dəyişilmişdi, nə bir-birilə müxalifət edir, nə də ixtilaf var idi! Amma günahlar zülməti onları bürüdükdə, iki imam (və cərəyan) vücuda gəldi və biri Allah-Taalanın, digəri isə Cəhənnəm yolunu tutdu. Bu o zamandır ki, şeytan səsləndi və öz səsini dostlarının dilində ucaltdı, süvari və piyadalarının sayını artırdı, onu mal-dövlət və övladları ilə şərik edənlərlə şərik oldu. Beləliklə, (azğınların rəhbəri) bidətlər qoydu, “kitab” və “sünnə”yə qarşı çıxdı. Allahın dostları isə dəlillə danışıb, kitab və hikmətə (əqlə) əsaslandılar və həmin gündən haqq ilə batilin tərəfdarları bir-birindən ayrıldılar. Hidayət tapanlar həmkarlıqdan əl çəkib, haqq uğrunda süstlük etdikləri zaman zəlalət əhli əlbir oldu, hətta camaat fılankəsə və onun kimilərə qoşuldu. Beləliklə, bu zümrəni də yaxşı tanı! Alicənab və nəcabətli başqa bir zümrə də vardır ki, onlara böyük gözlə bax, öz əhlinə (Behişt və səadət əhlinə) qovuşana qədər onlardan ayrılma. Çünki: “Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamət günü özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, açıq-aşkar ziyan budur!” (“Əl-kafi”, c.8, səh.52, hədis 16.) Tərcümə etdi: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|