Cəhənnəm niyə xəstəxanaya bənzədilir?
Cəhənnəm bəzi insanlar üçün müvəqqəti məkan olaraq, onları pisliklərdən və çirkin sifətlərdən paklayar.
Peyğəmbərimiz (s) bu haqda buyurur: “Əli (ə) vilayətinə (etiqad bəsləmək) elə bir həsənədir ki, onun var olması ilə pisliklər hər nə qədər olsa da ziyan vurmaz. Məgər o ziyan ki, dünyavi günahlar kimi. Bəzi axirət əzabları pak olmaq üçün günah əhlinə çatar”. Ona görə də cəhənnəmi xəstəxanaya bənzətmək olar. Ancaq bu, elə xəstəxanadır ki, orada olanların hamısı təqsirkardırlar. “Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik». «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə, əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq». (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»”. (“Muminun” 106-108). Cəhənnəm bəzi insanları behiştə çatdırmaq üçün xidmət edir. Onların çirkin sifətlərini əzabla paklayır və sonra behiştə pak olmuş halda yola salır. Lakin cəhənnəm orada əbədi qalanlar üçün acımasızdır. Çünki onlar buna layiqdirlər. “(Əmr yetişər:) «Onu tutun və qandallayın». «Sonra da onu şölələnmiş oda atıb yandırın!». «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın». «Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı». «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi». “Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur”. (“Haqqə” 30-35). Ancaq Allah o varlıqdır ki, İmam Səccadın (ə) da buyurduğu kimi, rəhməti qəzəbini üstələmişdir. Allah nə ifrat edər və nə də təfrit edər. Əgər günah əhlinə əzab verirsə, deməli bu insanlar ona layiqdirlər. Allahın xalis rəhməti olduğu kimi, qəzəbi də vardır. Əgər Allah ancaq rəhmət etsəydi, onda günahkarlar öz cəzalarına çatmazdılar. Bu, Allahın zatının sifətlərinə zidd olardı. Belə bir Allah kamil olmazdı. Allahın həm rəhməti vardır və həm də qəzəbi. İnsanlar gərək Allahın rəhmətinə ümid bəsləyərək, günahından uzaq dursunlar. Allahın adil olmasına ümid bəsləyərək, günaha üz tutmasınlar. Bəlkə Onun qəzəbindən çəkinsinlər. Məgər bu adilcəsinə ola bilərmi ki, Yezid və Şimr lənətliklər kimi birilərinə əzab olunmasın və onlara rəhm olunsun? Ona görə də deyə bilərik ki, Allah cəhənnəmi insanları paklamaq üçün xəlq etmişdir. Əgər cəhənnəm olmasaydı, bir çox məzlumun ahı yerdə qalar və günahkarlar öz cəzalarına çatmazdılar. Əgər cəhənnəm olmasaydı, Yezid və Şimr kimilərin hesabı çəkilməz və məzlumların sayı artardı. Allah məhz ədaləti üzündən cəhənnəmi xəlq etmişdir ki, heç kəsə zülm olunmasın və heç kəsin ahı yerdə qalmasın. /Deyerler.org/ Oxşar xəbərlər
|