O əməl ki, savabını ancaq Allah bilir
Mьəllif: admin1
Tarix: 21-11-2020, 21:19
O əməl ki, savabını ancaq Allah bilir
Allah təala Müqəddəs Quranda buyurur: “(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.

Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 16-17).

İmam Cəfər Sadiq (ə) bu ayələrin təfsirində buyurmuşdur: “Hər bir yaxşı işin savabı Quranda bəyan edilmişdir, məgər gecə namazından başqa ki, Allahdan başqa heç kəs onun savabını bilməz”. Sonra Həzrət (ə) bu ayəni tilavət edir.

Gecə namazı – o əməllərdəndir ki, həqiqi möminlər onu yerinə yetirərlər. Bu müstəhəb əməl vasitəsilə Allaha yaxınlaşarlar.

Gecə namazı – Həzrət Peyğəmbər (s) üçün vacib olmuş əməllərdən idi. Ancaq biz insanlar da heç olmasa həftədə bir dəfə bu müstəhəb əməli yerinə yetirsək, onun fəzilətlərindən bəhrələnmiş olarıq.

Bu əməl o qədər mühümdür ki, Cəbrayil (ə) onu dəfələrlə tövsiyə etmişdir. Hər kim gecə namazı əhlindən olar, Allah ona rəhmət gözü ilə baxar və dualarını yerinə yetirər.

Bu insanın günahlarını bağışlayar və dərəcəsini qaldırar. Ona Qiyamət günü elə lütflər edər ki, başqalarına qarşı o lütfü etməz.

Gecə namazı qılanların hesabını başqalarından daha tez yerinə yetirər. Onlara o qədər savab verər ki, insan heç ağlına belə gətirməz.

Ona görə də Quran buyurur ki, gecə namazı o əməllərdəndir ki, savabının ölçüsünü Allahdan başqa heç kəs bilməz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031