Əcəli çatmışdır, amma ömrü 20 il uzandı
Şuəyb Əqi Qufi nəql edir: “Mən, Məkkəyə ziyarət üçün gəlmiş Yəqubla birlikdə İmam Kazımın (ə) xidmətinə getdik.
İmam (ə) Yəquba baxdı və buyurdu: “Ey Yəqub! Sən dünən bura daxil olmusan və səninlə qardaşın İshaq arasında filan yerdə dava düşübdür. İş o yerə gəlib çatıbdır ki, bir-birinizi söymüsünüz. Siz gərək qəbahətli iş görməyəsiniz. Din qardaşını söymək və ona xoşagəlməz sözlər demək – bizim və atalarımızın dinindən uzaq bir şeydir. Biz öz davamçılarımızın heç birinə icazə vermirik ki, bu cür rəftara malik olsunlar. Yeganə Allahdan çəkin və təqvaya malik ol! Ey Yəqub! Tezliklə ölüm səninlə qardaşın arasında ayrılıq salacaqdır. Qardaşın İshaq bu səfərdə ailəsinə tərəf qayıtmazdan əvvəl öləcəkdir. Sən də rəftarından peşman olacaqsan. Siz sileyi-rəhmi kəsmisiniz. Bir-birinizdən küsmüsünüz. Ona görə də Allah sizin ömrünüzü azaltmışdır”. Yəqub dedi: “Qurbanın olum, mənim əcəlim nə zaman gələcəkdir?”. Həzrət (ə) buyurdu: “Sənin də əcəlin çatmışdı. Ancaq sən filan mənizldə bibinə xidmət etdiyin üçün və hədiyyə vasitəsilə onu sevindirdiyin üçün Allah sənin ömrünü 20 il uzatmışdır”. Şuəyb deyir: “Bir müddət sonra Yəqubu Məkkədə gördüm və halını soruşdum. O, dedi: “Qardaşım, İmamın (ə) da buyurduğu kimi, evinə çatmazdan əvvəl vəfat etdi və həmin yolda torpağa tapşırıldı””. /Deyerler.org/ Oxşar xəbərlər
|