İnsanı qəbir əzabından xilas edən 10 əməl
Mьəllif: admin1
Tarix: 28-11-2020, 22:01
İnsanı qəbir əzabından xilas edən 10 əməl
Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, insanların əksər hissəsi öləndən sonra bərzəx aləmində əzab olunacaqlar ki, buna qəbir əzabı deyirlər.

Ancaq bəzi əməllər vardır ki, əgər insan onları yerinə yetirsə, insanı qəbir əzabından xilas edə bilər. Bu əməllər ilə tanış olaq.

1. Əhli-Beyt (ə) sevgisi. İnsanı qəbir əzabından və Qiyamətin dəhşətli səhnələrindən amanda saxlaya bilən əməllərdən biri – Əhli-Beyti (ə) sevməkdir.

İmam Rza (ə) buyurur: “O kəs ki, mənim ziyarətimə gələr və Qiyamət günü üç yerdə ona qorxu və çətinlikdən nicat verərəm. O zaman ki, insanların əməl dəftəri sağ və sol əlinə verilər, Siratın yanında, tərəzinin yanında”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənə və Əhli-Beytimə (ə) əlaqə və məhəbbət göstərmək 7 dəhşətli halda nicat verəndir. O cümlədən qəbrin ilk gecəsində”.

2. Həzrət Peyğəmbərə (s) salavat göndərmək. Peyğəmbərimiz (s) buyurur: “Mənə çoxlu salavat göndərin. Çünki mənə salavat göndərmək – qəbirdə və Siratda nura, behiştdə nura səbəb olacaqdır”.

3. Sədəqə. İnsanın ölülər üçün göndərdiyi sədəqəni mələk alar və bir nur kimi qəbiristanlığa gələr və fəryad çəkər: “Sizə salam olsun, yerdə qalanlarınız sizin üçün hədiyyə göndərmişdir”.

4. Ata və anaya yaxşılıq etmək.

5. Həmişə dəstəmazlı halda olmaq.

6. Allahı zikr etmək.

7. Gecə namazı. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq ki, Həzrətin (ə) buyurduğuna görə, hər kim gecə namazını yerinə yetirər, həmin namaz ona qəbir əzabından və atəşdən nicat verər.

8. Əmr-be-məruf və nəhy-əz-munkər etmək.

9. Gözəl əxlaqa malik olmaq.

10. Sileyi-rəhm etmək.

Allah Təala bizləri qəbir əzabından amanda saxlasın!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031