Əhli-beyt (ə) Allahın evi kimidir...
Mьəllif: admin1
Tarix: 30-11-2020, 17:49
Əhli-beyt (ə) Allahın evi kimidir...
Peyğəmbəri-Əkrəm (s) İmam Əli ibn Əbu Talibə (ə) belə buyurmuşdur:

مَثَلُكُم يا عَلِيُّ مَثَلُ بَيتِ اللّهِ الحَرامِ، مَن دَخَلَهُ كانَ آمِناً، فَمَن أحَبَّكُم ووالاكُم كانَ آمِنًا مِن عَذابِ النّارِ، ومَن أبغَضَكُم اُلقِيَ فِي النّارِ. يا عَلِيُّ «وللّهِ عَلَى النّاسِ حِجُّ البَيتِ مَنِ استَطاعَ إلَيهِ سَبيلاً» ومَن كانَ لَهُ عُذرٌ فَلَهُ عُذرُهُ، ومَن كانَ فَقيرًا فَلَهُ عُذرُهُ، ومَن كانَ مَريضًا فَلَهُ عُذرُهُ، وإنَّ اللّهَ لا يَعذِرُ غَنِيًّا ولا فَقيرًا، ولا مَريضًا ولا صَحيحًا، ولا أعمى ولا بَصيرًا في تَفريطِهِ في مُوالاتِكُم ومَحَبَّتِكُم.

“Ya Əli, siz “Beytullahil-həram” (Kəbə evi) kimisiniz, hər kəs ora daxil olsa, amanda qalar. Bəs, hər kəs sizi sevib tərəfdarınız olsa, Cəhənnəm əzabından qurtular və hər kəs sizə kin-küdurət bəsləsə, Cəhənnəmə atılar.

Ya Əli! Allah-Taala buyurur: “Allahın insanların – əlbəttə, ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın həcc əməllərini yerinə yetirsinlər!” (“Ali-İmran”, 97.)

Belə isə, bu işdə hər kəsə üzrünə görə güzəştə gediləcək. Məsələn, kasıb üzrlüdür, xəstə üzrlüdür.

Amma Allah-Taala sizin dostluq və tərəfdarlığınıza qarşı səhlənkarlıqdan keçməyəcək; nə güclü, nə də yoxsul, nə xəstə, nə də sağlam, nə kor, nə də gözlü üzrlü sayılmayacaq.” (“Xəsaisul-əimmə (ə)”, səh.77.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031