Əməlin stimulu nə olmalıdır?
Əməli ümumi olaraq iki hissəyə bölmək olar:
1. Allahın əməli. 2. Məxluqun əməli. Məxluqun əməli ya qeyri-iradidir, ya da iradidir. Qeyri-iradi – yəni heyvanların əməli kimi, iradi isə insanların, cinlərin, mələklərin əməli kimi. Allahın əməli isə həmin varlıq aləmidir. Onda heç bir nöqsan mövcud deyildir. “Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?”. (“Mülk” 3). Allahın əməli bütün varlıqlara şamil olar. Heç bir varlıq əbəs yerə xəlq olunmamışdır. Hər bir məxluqu Allah xəlq etmişdir və onların qayıdacağı yer də Allaha tərəfdir. Varlıq aləmi hikmət üzərindən qurulmuşdur və bu aləmdə xüsusi nizam hökm sürməkdədir. İnsanlar və cinlər bir iş görmək istəyən zaman gərək iradə etsinlər. İradə etmək üçün isə onlarda stimul olmalıdır. Onlarda stimulun yaranması üçün isə gərək həmin əməli və onun nəticəsini düşünsünlər. O zaman ki, həmin əməli və nəticəsini təsəvvür etdilər və onda xeyir və bərəkət gördülər – onu yerinə yetirərlər. Əgər faydalı görsələr, lazımlı stimul meydana gələr. Əks halda stimul olmayacaqdır. Faydalı olmaq anlayışı insanlarda müxtəlifdir. Ola bilsin ki, bir insan üçün qəzəb faydalı əməl olsun, bəzisi üçün hətta şəhvət faydalı olsun. Burada həqiqi faydalılıqdan söhbət gedir. Bu səbəbdən hər kim bir əməli görməzdən əvvəl onu təsəvvür edər və əgər ağlı onu faydalı bilsə, o zaman onu yerinə yetirər. Əgər ağlı məsləhət bildiyi iş, Allah bəyənən işdirsə – o zaman həmin əməl müdrik əməl hesab olunar. Çünki bu əməl varlıq aləmi yolunda yerinə yetirilər. Varlıq aləminin nizamına uyğundur. Aləm də Allahın əməli olduğu üçün, müdrikdir. İnsan ancaq ağlı vasitəsilə hansı əməlin faydalı olmasını müəyyən edə bilməz. Ona görə də Allah peyğəmbərlərini (ə) göndərmişdir ki, insana bu sahədə yardım etsinlər. İnsanı Siratul-müstəqim yoluna yönəltsinlər. Ona görə də deyə bilərik ki, bütün varlıqlar və onların əməlləri Allahla bağlı olduğu üçün hikmətə malikdirlər. Ancaq o məxluqlar ki, iradəyə malikdirlər, onların əməli hikmət üzərindən də ola bilər, hikmət üzərindən olmaya da bilər. “Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”. (“Maidə” 57-58). Beləliklə deyə bilərik ki, əgər insan əməli Allaha xatir və ya axirətə xatir yerinə yetirilərsə, o zaman hikmətli əməl olar. Ondan başqa hər nə əməl varsa, hamısı əbəs və yersiz yerə olar. Heç bir hikməti olmaz. “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?”. (“Ənam” 32). /Deyerler.org Oxşar xəbərlər
|