Hansı günah insanda tofiqatın aradan getməsinə səbəb olar?
Bəzən elə olur ki, insan tövfiqin aradan getməsini hiss edir. Bəs hansı günah tövfiqin aradan getməsinə səbəb olur?
Bir çox şey bir çox şeyin içində gizlənmişdir. Qədr gecəsi bir çox gecələrin arasında gizlənmişdir. İnsan gərək onların hamısını əziz tutsun ki, nəhayət Qədr gecəsini tapa bilsin. Qəbul olan itaətlər başqa itaətlərin arasında qərar tutur. Məlum deyildir ki, Allah hansı itaəti qəbul etmişdir. Ona görə də insan gərək heç bir itaəti tərk etməsin. Cəza günahların arasında gizlənmişdir. Məlum deyildir ki, Allah insanı hansı günahına görə cəzalandıracaqdır. Bir çox hallarda Allah insanı bağışlayar. Qurani-Kərimdə oxuyuruq: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30). Allahın bağışlamadığı günahlar da gizlidir və məlum deyildir. Ona görə də insan gərək bütün günahlardan uzaq olsun. Allahın vəlisi övliyalar arasında qərar tutur. Məlum deyildir ki, kimlər Allahın övliyaları hesab olunur. Ona görə insanın haqqı yoxdur ki, kimisə təhqir etsin. “Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam Peyğəmbərinin (s) xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cisim olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib”. (“Maidə” 15). Alimin buyurduqlarından belə nəticəyə gəlmək olur ki, insanı tövfiqdən məhrum edən günahlar başqa günahların arasında gizlənmişdir. İnsan əgər İlahi tövfiqdən məhrum olmaq istəmirsə, gərək bütün günahlardan uzaq olsun. Çünki hansı günahın insanı tövfiqdən məhrum edə biləcəyi məlum deyildir. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|