Cinlərlə insanların behişti birdirmi?
Qurani-Kərimdə cinlərin dilindən oxuyuruq: “Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır”. (“Cinn” 14).
Cinlər də insanlar kimi kafir və mömin olurlar. Kafirləri də insanlar kimi, cəhənnəmdə əzab çəkəcəklər. Onların əzabı da insanlar kimi cəhənnəm atəşi olacaqdır. Bəziləri deyir ki, axı cinlər atəşdən xəlq olmuşdular, onlar necə yanacaqlar? Fəxri Razi bu suala belə cavab vermişdir: “Bu, doğrudur ki, atəşdən xəlq olmuşdur, ancaq keyfiyyətləri dəyişəcəkdir və ət və qana malik olacaqlar”. İbni Ərəbi bu haqda yazır: “Cinlərin əksər hissəsi soyuq vasitəsilə əzab olunacaqlar. Bəzən də atəş ilə əzab olunacaqlar. Ancaq insanların əksər hissəsi atəşlə əzab olunacaqlar”. Cinlərin də insanların cəhənnəm və behiştində olması ilə bağlı Məsum İmamlara (ə) sual vermişdilər. Belə ki, İmama (ə) sual vermişdilər ki, mömin cinlər behiştə daxil olacaqlarmı? Həzrət (ə) buyurmuşdur: “Xeyr, ancaq Allahın behişt və cəhənnəm arasında bağları vardır ki, onlar və Əhli-Beytin (ə) fasiqləri orada olacaqlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|