Daşlaşmış, paslanmış, nifaqlı, təəssübkeş ürəklər: bunlardan necə qurtulmaq?
Mьəllif: admin1
Tarix: 7-06-2023, 10:33
Daşlaşmış, paslanmış, nifaqlı, təəssübkeş ürəklər: bunlardan necə qurtulmaq?
Qəlb insanı kamala və saədətə çatdıra bilər. Çünki Allah onu İlahi fitrət əsasında insanın ixtiyarına qoymuşdur. Quran qəlbi ruh da adlandırır.

Quranın və əxlaq elminin ən çox diqqət etdiyi mövzu – qəlbin paklığı mövzusudur. Nə zaman ürəyin paklaşdıırlmasından və islah olmasından söz açılar, əslində ruhun və canın paklaşdırılması nəzərdə tutular.

Ürək və ya ruh ki, Allah insan varlığında qərar vermişdir, mələkləri səcdəyə və təzim etməyə məcbur edir. «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». (“Hicr” 29).

Quranda bəzi ürəklərdən söhbət açılmışdır ki, sahibinin çoxlu günaha düçar olmasına görə yolunu azmış və şeytanın itaətkarı olmuşdur. Allah dünyanın ən pis ürəklərini belə tanıdır:

Daşlaşmış və qorxulu ürəklər.

Ən pis ürəklər - qəsavət bağlamış və daşlamış ürəklərdir. Bu ürəklər həqiqətlər haqqında düşünmür və kor-koranə cahil əqidələrə tabe olur. Əgər bu cür ürəklərə misal çəkmək istəsək, yolunu azmış müsəlmanları, şeytanları himayə edənləri bura daxil etmək olar.

“Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22).

“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər”. (“Əraf” 179).

Günahdan paslanmış ürəklər.

Ən pis ürəklərə həmçinin günahdan paslanmış və rəzil sifətlərə adət etmiş ürəkləri misal göstərmək olar. Bu cür ürəklər sahibini həqiqətləri dərk etməkdən uzaqlaşdırar, İlahi hidayətdən məhrum edər.

Bu ürəklər o qədər qaralar ki, çirkin bir ət parçasına bənzəyər. Bu insan həqiqətləri görməkdən kor olar, cəhalət bütün varlığını bürüyər.

“Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mutəffifin” 14).

Bu insanlar sonda varlıq aləminin nə böyük həqiqətini inkar edərlər. “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).

Xəstə və nifaqlı ürəklər.

Münafiq insanların ürəyi zahirdə həqiqəti iddia etsə də, batində çirkinlikdən və nifaqdan başqa bir şey gəzdirməz. Bunlar, Quranda ən pis ürəklər sırasındadır.

“Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10).

Yolunu azmış ürəklər.

Allah bu cür ürəkləri tanıdan zaman buyurur: “Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi”. (“Tövbə” 127).

Təəssübkeş ürəklər.

Bəzi insanların nəniki əqidə və rəftarları düzgün deyildir, bəlkə əxlaqi və fitri meyarlardan belə bəhrəsizdirlər. Bu insanlar İslam dinini qəbul etməz və bəhanə gətirərlər ki, qədim dinləri İslam dini olmamışdır və ona görə də cəhalət pərdəsindən xilas olmaq istəməzlər.

“(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar).

Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir”. (“Fəth” 26).

İnsanın şəxsiyyət və mənliyi ruhundan asılı olduğu üçün zəruridir ki, həyat dərslərindən və Quran təlimlərdən bəhrələnərək ürəyimizi hər cür rəzil sifətlərdən paklaşdıraq və dünya və axirətin səadətli həyatından bəhrələnək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930