Elə iş gör ki, sanki heç zaman ölməyəcəksən… – ölüm barədə Məsumların (ə) dilindən
Mьəllif: admin1
Tarix: 5-12-2020, 20:06
Elə iş gör ki, sanki heç zaman ölməyəcəksən… – ölüm barədə Məsumların (ə) dilindən
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəbri – axirət mənzillərinin ən birincisidir”.

İmam Baqir (ə) buyurur: “Ölümü çoxlu yada salın! Hər kim onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm – möminin xoş ətirli gül dəstəsidir”.

İmam Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur – halbuki, ölüləri görür”.

İmam Hüseyn (ə) buyurur: “Necə də asandır o ölüm ki, izzətə çatmaq və haqqı dirçəltmək yolunda olar”.

İmam Əli (ə) buyurur: “Ölümə – bəli, ancaq alçaqlıq və xarlığa – heç bir zaman”.

İmam Həsən Müctəba (ə) buyurur: “Səfərin üçün özünü hazırla və yol azuqəni ölüm saatı çatmazdan əvvəl tədarük gör”.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə iş gör ki, sanki heç bir zaman ölməyəcəksən. Elə qorxu içində ol ki, sanki sabah öləcəksən”.

İmam Rza (ə) buyurur: “O kəs ki, ölməkdən danışar, ancaq özünü onun üçün hazır etməzsə – həqiqətdə özünü məsxərə etmiş olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031