Allahla rabitəmizi necə islah edək?
Mьəllif: admin1
Tarix: 8-12-2024, 11:04
Allahla rabitəmizi necə islah edək?
İmam Əli (ə) “Nəhcul-Bəlağə”də buyurur: “Hər kim Allahla özü arasında olan rabitəni islah edər – Allah onunla insanlar arasındakı (rabitəni) islah edər.

Hər kim o biri dünyadakı işlərini islah edər – Allah onun bu dünyadakı işlərini islah edər.

Hər kimin daxili xətibi olarsa, onun Allah tərəfindən gözətçisi olar”.

Əziz İmamın (ə) bu nurani kəlamında üç mühüm mövzu gizlənmişdir.

Birincisi, bizimlə Allah arasında olan rabitəmizdir. Sonra insanlarla olan rabitəmizdir. Üçüncüsü isə dünya ilə axirətimizin rabitəsidir.

İmam (ə) buyurur ki, əgər siz bunlardan birini islah etsəniz, Allah da qalanını islah edəcəkdir. Əgər Allahla rabitənizi saflaşdırarsınızsa, cəmiyyətlə rabitənizi Allah saflaşdırar.

Əgər aranızda münaqişə vardırsa, Allah onu aradan aparar. Nigaranlıq varsa, Allah onu aradan aparar. Əgər düşmənçilik varsa, Allah onu aradan aparar.

Əgər kimsə Allahla arasında olan rabitəni yaxşılaşdırarsa, Allaha yalan deməzsə – Allah onu rəhmətə qərq edər.

Bir çox namaz qılanlar namazlarında deyərlər ki, Allahım, ancaq Sənə pərəstiş edirəm, ancaq Səndən yardım istəyirəm.

Ancaq elə ki, çətinliyə düşərlər – bir başqasından yardım istəyərlər. Bir halda ki, əgər Allahdan yardım istəyərsə, bu zaman Allahla rabitəsini islah etmiş olar.

Əgər kimsə axirət vəziyyətini düzəldər ki, axirətdə ona görə cavab verməsin – bu zaman Allah onun dünya işlərini səhmana salar və onları islah edər.

İmam (ə) öz nurani kəlamının sonunda buyurur ki, insanın gərək daxili xətibi olsun. Əgər daxilimizdə bizə moizə edən vardırsa, gərək ona qulaq asaq.

İnsanın daxili xətibi – ağlıdır. Əgər insanın ağlı onun xətibi olarsa, bu insan doğru yoldan azmaz və Allahın buyurduqlarını yerinə yetirər.

Bu cür insanı Allah qoruyar. Çünki Allah o kəsi qoruyar ki, onun daxili xətibi və moizə edəni vardır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031