İnsanın, insan olmasını bilmək üçün 3 yol
Allah Təala Həzrət Peyğəmbərin (s) müqəddəs varlığını bizim nicatımız üçün göndərmişdir.
O Həzrət (s) bizi diriltmişdir. “Ənfal” surəsində oxuyuruq ki, Həzrətin (s) bizləri hidayət etməsi – əslində həyat suyudur ki, onun sayəsində cəmiyyət dirilmişdir. “Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız”. (“Ənfal” 24). Bizim hamımızın həyatı vardır. Bəzilərinin həyatı bitki kimidir, hələ heyvan olmayıblar. Bəzilərinin həyatı heyvan kimidir və hələ insan olmayıblar. O kəslər ki, Allahın və Peyğəmbərin (s) dəvətini qəbul ediblər – insanlıq həyatına nəsib olublar. “Yasin” surəsində oxuyuruq ki, kafir ölüdür, mömin isə diridir. Kafirin həyatı bitki həyatıdır. İnsanlıq həyatına malik deyildir. İnsan ya diridir, ya da ölüdür. Ya mömindir, ya da kafirdir. İnsanın, insan olmasını bilmək üçün 3 yol mövcuddur. Birincisi odur ki, insanın mələkut gözü açılar və Məsumların (ə) bərəkətinə bərzəx gözləri açıq olar. Onlar Allahı və Məsumları (ə) qəbul edərlər. İkinci yol budur ki, insan Məsumların (ə) kəlamını bir İlahi hüccət kimi qəbul edər. Üçüncü yol budur ki, bir neçə gün səbir edər və öləndən sonra başa düşər ki, kim insan sifətindədir, kim heyvan. Bu üç yol mövcuddur. Bəziləri üçün bu üç yolun üçü də olar. Bəziləri üçün iki yol və bəziləri üçün bir yol olar. Beləliklə deyə bilərik ki, o kəsin həyat haqqı vardır ki, Məsumların (ə) haqqını verirlər. Çünki onlar bizi diritmişdir və haqq yoluna hidayət etmişdilər. Bizi səadətə çatdırmışdılar və axirətin əzabından nicat vermişdilər. Əhli-Beyti (ə) sevmək bəzən hissi olar və bu, meyar deyildir. Ancaq o zaman ki, insan ağlı ilə sevər – bu zaman bu sevgi həqiqi sevgi olar. İnsanı alim edər. O, alim olduğu üçün adil də olar. Bu insan üçün Əhli-Beyt (ə) həyat suyu olar. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|