Alim tələbələrin yanında niyə ağladı?
Mьəllif: admin1
Tarix: 9-12-2020, 23:47
Alim tələbələrin yanında niyə ağladı?
“De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar.

(Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir»”. (“Səba” 36).

Şeyx Əhməd Dəşti, Axund Xorasaninin yaxınlarından idi. O, danışır: “O zaman ki, Axundun maddi vəziyyəti yaxşı deyildi, bir gecə dərs qurtarandan sonra bir seyyid gəldi və bir qədər pul çıxardıb alimə verdi. Alim də pulu götürüb, döşəyin altına qoydu.

Biz də bu mənzərəni görəndə sevindik ki, alim bizə də pul verəcəkdir. Gördük ki, həmin seyyid ayağa qalxdı və alimə yaxınlaşıb qulağına nə isə dedi. Alim də kağız ilə mürəkkəbi ona verdi və dedi ki, yaz.

Seyyid də nə isə yazdı və alimə verdi. Alim bu kağızı oxuyan zaman onu cırdı və pulu çıxardıb seyyidə geri qaytardı. Seyyid də pulu götürdü və getdi.

Mən bu hadisədən təsirləndim və səbəbini alimdən soruşdum. Alim dedi: “O zəvvar seyyid yanıma gəldi və mənə 400 lirə pul verdi. Mən də həmin pulu aldım.

Sonra o seyyid mənə dedi ki, iki oğlu vardır və istəyir ki, hər ikisini evləndirsin. Pulu yoxdur. Mən ona dedim ki, nə qədər pula ehtiyacın vardırsa, yaz.

İstəmədim ki, kimsə eşitsin. O da yazdı 100 lirə. Mən də gördüm ki, bu pul iki oğulu evləndirmək üçün kifayət deyildir, ona görə pulun hamısını ona qaytardım””.

Şeyx Əhməd deyir: “Alim bu mövzunu danışan zaman şagirdlər arasında səy-küy başladı. Dedilər ki, axı sizin də maddi vəziyyətiniz yaxşı deyildir, niyə həmin pulun hamısını qaytarmısınız?

Biz alimə belə etiraz edən zaman gördük ki, Axund ağlamağa başladı. Biz hamımız susduq. Ondan üzr istədik.

Bu zaman alim dedi: “Narahatlığım sizin mənə etiraz etməyinizə görə deyildir. Ona görə narahatam ki, illər boyu sizə çəkdiyim əziyyət hədər getmişdir.

Görürəm ki, siz hələ ki, ilk mərhələ olan tövhiddə ilişib qalmısınız. Ondan qafilsiniz ki, ruzini verən – Allahdır, nəinki Allah bəndəsi.

Mən Xorasandan bura gələn zaman bir neçə kitabla gəlmişdim. İndi Allah mənə bu qədər nemət vermişdir. Və Allah Rəzzaqdır.

Siz də gərək Allaha söykənəsiniz. Ancaq ona ümid edəsiniz, bəndələrə deyil. Mən ondan təsirləndim ki, siz Allahı unutmusunuz və onun bəndəsinə göz dikmisiniz””.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031