İmam Sadiqin (ə) Süfyan Suriyə tövsiyəsi
Süfyan Suridən belə nəql olunur:
دَخَلتُ عَلَى الصّادِقِ عليه السلام فَقُلتُ لَهُ : أوصِني... İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “Mənə tövsiyə verin...” Həzrət buyurdu: يا سُفيانُ، أدَّبَني أبي عليه السلام بِثَلاثٍ، و نَهاني عَن ثَلاثٍ؛ فَأمَّا اللَّواتي أدَّبَني بِهِنَّ فَإنَّهُ قالَ لي: يا بُنَيَ، مَن يَصحَب صاحِبَ السَّوءِ لا يَسلَمُ، و مَن لا يُقيِّد ألفاظَهُ يَندَم، و مَن يَدخُل مَداخِلَ السّوءِ يُتَّهَم. “Ey Süfyan, atam (ə) məni üç işlə ədəbləndirib, üç işdən də çəkindirib. Mənə öyrətdiyi ədəblər bunlardır: 1. Pis adamla yoldaşlıq edən şərəfini itirər; 2. Sözünü (dilini) saxlaya bilməyən peşman olar; 3. Pis yerə daxil olan ittiham olunar.” Dedim: يَابنَ بِنتِ رَسولِ اللّه ِ، فَمَا الثَّلاثُ اللَّواتِي نَهاكَ عَنهُنَّ؟ “Ey Peyğəmbərin qızının övladı, səni çəkindirdiyi üç iş hansıdır?” Həzrət buyurdu: نَهاني أن اُصاحِبَ حاسِدَ نِعمَةٍ، و شامِتا بِمُصيبَةٍ، أو حامِلَ نَميمَةٍ. “Neməti əsirgəyənlə, müsibət zamanı şikayətlənənlə və sözgəzdirənlə yoldaşlıqdan çəkindirib!” (“Tuhəful-uqul”, səh. 376; “Əl-xisal”, səh.169, hədis 222.) Maide.az Oxşar xəbərlər
|