Tük, dırnaq və onların faydaları (Video)
Mьəllif: admin1
Tarix: 14-12-2020, 13:39
Tük, dırnaq və onların faydaları (Video)
Allahın tük və dırnağı bu cür hikmətlə yaratdığı barədə fikirləş. O yerdən ki, bunlar inkişaf edir və uzanır, həmin yerdən də qısaldılmalıdır. Bunların hissiyatı yoxdur ki, insan onları qısaltdığında əziyyət etsin. Əgər insan bunları qısaldanda əziyyət çəksəydi, iki yol arasında qalardı: ya bunları gərək qısaltmayaydı, ya da onları əziyyətlə qısaldaydı.

Müfəzzəl deyir: ərz etdim: nə olardı ki, əgər Allah onları elə yaradaydı ki, uzanmazdılar və qısaltmağa da ehtiyac olmazdı?

İmam (ə.s.) buyurdu: Allah-mütəal bu işdə çoxlu nemətlər qoymuşdur ki, insanlar bundan xəbərsizdilər. Agah ol! Bədəndə olan dərdlər (xəstəliklər) tükün çıxması ilə və bədənə nüfuz edən şeylər dırnağın çıxması ilə bədəndən xaric olur.

Ona görə də göstəriş verilmişdir ki, hər həftə "nurə" (tükün bir müddət çıxmaması üçün hazırlanmış maddə) sürtməklə və təraş etməklə tükü və dırnağı qısaltmaqla bu işə əncam versin.

Bu iş səbəb olur ki, tük və dırnaqlar sürətlə inkişaf etsin. Dərdlər və xəstəliklər tezliklə bədəndən xaric olsun. Əgər insan bu cür etməsə, bədəndə müxtəlif xəstəliklər meydana gələr.

Tüklərin bədənin bir neçə yerində çıxmasının insan üçün zərəri vardır ki, onun qarşısı alınmışdır. Əgər tük insanın gözlərində çıxsaydı yaxşı görə bilməzdi, ağzında çıxsaydı yemək, içmək onun üçün çətin və ləzzətsiz olardı.

Əgər əlinin içində çıxsaydı insanı işdən saxlayardı. O yer ki, məsləhətli və xeyirli deyil, orada tük yoxdur. Bu heyvanlarda da belədir.

Baxmayaraq ki, onların bədəni tüklə örtülmüşdür, həmin deyilən yerlərdə tük yoxdur. Gör yaradılış necə xətadan, ziyandan və nəzmsizlikdən uzaqdır və hər şey hikmət və məsləhətlə yaradılmışdır.





Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031