İmam Məhdinin (ə.f) məxsusi sifətləri
Həzrət İmam Məhdinin (ə) bir çox mübarək sifətləri vardır ki, onu başqa övliyalardan fərqləndirir. Bu sifətlər ilə tanış olaq:
1. Ən müdrik və alim insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala günlərin içərisindən cümə gününü, gecələrin içərisindən Qədr gecəsini, ayların içərisindən Ramazan ayını seçmişdir. Məni peyğəmbəri seçmişdir. Əlini (ə) mənim üçün vəli və canişin seçmişdir. Əlidən (ə) isə Həsən (ə) və Hüseyni (ə) aləmlər üçün hüccət seçmişdir ki, Hüseynin (ə) doqquzuncu övladı onların ən müdriki və ən alimidir”. 2. Xüsusi İlahi inayətə malikdir. İmam Baqir (ə) buyurur: “Nə zaman Ali-Muhəmmədin Qaimi (ə.f) zühur edər, Allah ona nişanı olan və yaxın mələkləri ilə yardım edər. Cəbrayil (ə) onun qarşısında və Mikayil (ə) sağ tərəfində, İsrafil (ə) sol tərəfində hərəkət edəcəkdir”. 3. Peyğəmbərlərə (ə) bənzəyəndir. İmam Səccad (ə) buyurur: “Bizim Qaimdə (ə.f) peyğəmbərlərin (ə) sünnətləri mövcuddur. Atamız Adəmin (ə) sünnəti, Nuhdan (ə) olan sünnət, İbrahimdən (ə) olan sünnət, Musadan (ə) olan sünnət, İsadan (ə) olan sünnət, Eyyubdan (ə) olan sünnət, Həzrət Muhəmməddən (s) olan sünnət. Adəm və Nuhdan – ömrün uzunluğu, İbrahimdən – dünyaya gəlişinin gizli olması və insanlardan uzaq olması, Musadan – qorxu və qeyb, İsadan – insanların onun haqqında münaqişə etməsi, Eyyubdan – giriftarlıqdan sonra fərəc və Həzrət Muhəmməddən (s) – qılıncı ilə qiyam etmək...”. 4. Uzun ömürlüdür. İmam Səccad (ə) buyurur: “Qaimdə (ə.f) Nuhdan (ə) sünnət vardır və o, ömrün uzun olmasıdır”. 5. İmamlar (ə) və övliyalar tərəfindən ehtirama malikdir. İmam Sadiq (ə) buyurur: “Əgər onun dövründə olsaydım, bütün həyatımı ona xidmət etməklə keçirərdim”. 6. Həzrət İsanın (ə) iqtida etdiyi insandır. Həzrət Peyğəmbər (s) buyurur: “İmam, Həzrət İsa (ə) ilə bir araya gələr və bu zaman namaz vaxtı gəlib çatar. Bu zaman İsa (ə) o Həzrətə (ə.f) iqtida edər və namazı onun arxasında qılar”. 7. Behiştin ən gözəl varlığıdır. Əziz Peyğəmbərdən (s) nəql edilən hədisdən bəlli olur ki, Həzrət Məhdi (ə.f) behişt əhlinin ən gözəl simalı varlığıdır. 8. Peyğəmbərlərin (ə) mirasını saxlayandır. Hədislərdən belə nəticəyə gəlmək olur ki, Həzrət Məhdi (ə.f) bütün peyğəmbərlərin (ə) mirasını saxlayandır və ona malik olandır. /Deyerler.org/ Oxşar xəbərlər
|