Haqq imamı tanımayanlar
Əban ibn Əbu Əyyaş, Süleym ibn Qeys Hilalidən nəql edərək deyir ki, Salman, Əbuzər və Miqdad Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu eşitmişlər:
مَن ماتَ ولَيسَ لَهُ إمامٌ ماتَ ميتَةً جاهِلِيَّةً. “Hər kəs imamı olmadan ölsə, sanki cahillik dövründə ölmüşdür!” ثُمَّ عَرَضَهُ عَلى جابِرٍ وابنِ عَبّاسٍ فَقالا: صَدَقوا وبَرّوا، وقَد شَهِدنا ذلِكَ و سَمِعناهُ مِن رَسولِ اللّهِ (ص)، وإنَّ سَلمانَ قالَ: يا رَسولَ اللّه، إنَّكَ قُلتَ: مَن ماتَ ولَيسَ لَهُ إمامٌ ماتَ ميتَةً جاهِلِيَّةً، مَن هذَا الإِمامُ؟ O (ravi), bu hədisi sonradan Cabir və İbn Abbasa nəql etdikdə, hər ikisi demişdir: “Onlar düz deyirlər! Biz özümüz də bunun şahidiyik və onu Peyğəmbəri-Əkrəmdən (s) eşitmişik. Hətta Salman Peyğəmbəri-Əkrəmdən (s) “Ey Allahın Rəsulu, sən dedin ki, hər kəs imamı olmadan ölsə, cahil kimi ölmüşdür!” O imam kimdir?” – deyə soruşduqda, Həzrət buyurdu: مِن أوصِيائي يا سَلمانُ، فَمَن ماتَ مِن اُمَّتي ولَيسَ لَهُ إمامٌ مِنهُم يَعرِفُهُ فَهِيَ ميتَةٌ جاهِلِيَّةٌ، فَإِن جَهِلَهُ وعاداهُ فَهُوَ مُشرِكٌ، وإن جَهِلَهُ ولَم يُعادِهِ ولَم يُوالِ لَهُ عَدُوًّا فَهُوَ جاهِلٌ ولَيسَ بِمُشرِكٍ. “Ey Salman, onlar mənim canişinlərimdir! Ümmətimdən onların hər birini özünə imam bilməyib ölən kəs cahil ölmüşdür. Deməli, həqiqətən, imamını tanımayıb onunla düşmənçilik edən kəs müşrik, amma onu tanımayıb onunla düşmənçlik etməyən və düşməninə də qoşulmayan kəs müşrik yox, yalnız cahildir.” (“Kəmalud-din”, səh.413, hədis 15.) Maide.az Oxşar xəbərlər
|