Allahı zikr etməyin insan üçün 8 böyük nəticəsi
Mьəllif: admin1
Tarix: 16-12-2020, 21:33
Allahı zikr etməyin insan üçün 8 böyük nəticəsi
Uca Allahı yada salmağın bir çox faydaları vardır ki, onların 8-i ilə tanış olaq.

1. Allah da insanı yada salar. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).

2. Allahla yoldaş olmaq. Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, Məni yada salar”.

3. Allah sevgisi. Hər kim Allahı davamlı olaraq yada salar, Allah sevgisi onun qəlbində yer alar. Hədislərin birində oxuyuruq: “Hər kim Allahı çoxlu yada salarsa, Allah sevgisi onun qəlbində hakim olar”.

4. Nicat tapmaq. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45).

5. Bərəkət artar. Hədislərdə oxuyuruq ki, hər kim Allahı çoxlu zikr edərsə, bərəkəti çoxalar. O evdə mələklər olar və şeytanlar (lən) qaçarlar.

6. Hüzur. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

7. Şeytandan (lən) uzaq olmaq. Onlar ki, Allahı çoxlu zikr edərlər, onlara şeytanın vəsvəsələri təsir etməz. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

8. Ruhun qidasıdır. İmam Əli (ə) buyurur: “İlahi zikri davamlı şəkildə etmək – ruhun qidası və nicat tapmaq açarıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031