Həzrət İsanın (ə) səmaya qalxması ruhani idi, yoxsa cismanı?
Mьəllif: admin1
Tarix: 16-12-2020, 21:43
Həzrət İsanın (ə) səmaya qalxması ruhani idi, yoxsa cismanı?
Qurani-Kərim buyurur: “(Yada sal) o zaman(ı) ki, Allah dedi:

«Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən üstün edəcəyəm.

Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»”. (“Ali-İmran” 55).

Bu ayədən göründüyü kimi, Allah Təala Həzrət İsanı (ə) Bəni-İsrayilin gözündən gizlətmişdir. Uca bir məqama qaldırmışdır. Ona görə də onun sağ qalmaq ehtimalı daha çoxdur. Bəzi hədislərə əsasən İmam Zaman ağa (ə.f) ilə birlikdə zühur edəcəkdir.

Bir çox təfsirçilərin, eləcə də Əllamə Təbatəbainin nəzərinə görə, Həzrət İsanın (ə) yuxarı qalxması cismani olmamışdır, ruhani olmuşdur. Çünki Allahın məkanı yoxdur ki, onu Öz yanına aparsın.

Onun yuxarı qalxmasının mənası odur ki, İlahi qürb məqamı yuxarı qalxmışdır. Yəni, Allah yanında olan ruhani məqamı yuxarı qalxmışdır, cismi deyil.

“Küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq”, ayəsi buna aydın misaldır.

Yeri gəlmişkən, görəsən Həzrət İsa (ə) hansı dildə danışırdı?

Həzrət İsa (ə) əbri dilində danışırdı. Əsil İncil Allah tərəfindən İsaya (ə) əbri dilində nazil olmuşdur. Əbri dili – Bəni-İsrayilin danışdığı dil idi. Onların ilk peyğəmbəri – Həzrət Musa (ə) və sonuncu peyğəmbərləri – Həzrət İsa (ə) olmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031