İslam 5 sütün üzərində qərar verilmişdir – Məsumların (ə) mübarək dilindən namaz barədə
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – möminin meracıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – möminin nurudur”. İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanımasından sonra ən üstün şey ki, onun vasitəsilə İlahi qürbə yaxınlaşar – namazdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – sizin dininizin sütunudur”. Həzrət Peyğəmbər (s) buyurur: “İmanın əlamət və nişanəsi – namazdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – İslamın bayrağıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, namaz qılmaq – möminin Allaha yaxın olmaq vasitəsidir”. İmam Sadiq (ə) buyurur: “Namaz – Allah yanında ən üstün əməl və İlahi peyğəmbərlərin (ə) son vəsiyyətləridir”. İmam Baqir (ə) buyurur: “İslam beş sütun üzərində inşa edilmişdir: namaz, oruc, zəkat, həcc, vilayət”. Həzrət Peyğəmbər (s) buyurur: “Namazın dindəki yeri, başın bədəndəki yeri kimidir”. İmam Əli (ə) buyurur: “Hər bir şeyin siması vardır. Sizin dininizin siması – namazdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – behiştin açarıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəndə o zamana qədər ki, namazın intizarındadır – namaz halındadır”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim gözümün nuru namazdadır”. İmam Sadiq (ə) buyurur: “Həqiqətən Qiyamət günü Allah yanında ən üstün əməl – namazdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz İslamın başıdır”. İmam Əli (ə) buyurur: “O zaman ki, bəndə səcdə edər, İblis fəryad çəkər: “Vay olsun mənə! O itaət etdi, ancaq mən günah etdim. O, səcdə etdi və mən bu əməldən boyun qaçırdım””. İmam Rza (ə) buyurur: “Həqiqətən, namaz – Allah üçün ən üstün ibadətdir”. İmam Rza (ə) buyurur: “Həqiqətən, namaz – ən gözəl simadır ki, Allah onu xəlq etmişdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|