Hansı Əhli-Beyt (ə) davamçısı cəhənnəmdə yanmaz?
İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, siz iki nəfərdən hətta bir nəfəri belə cəhənnəmə getməyəcəkdir.
Allaha and olsun ki, siz o kəslərsiniz ki, Allah onlar haqqında demişdir. “Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (möminləri və dinpərəstləri burada) görmürük?!”. (“Sad” 62). “Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!”. (“Sad” 63). Əlbəttə, hər kəsi bu hədisin işarə etdiyi Əhli-Beyt (ə) davamçısı adlandırmaq olmaz. Əhli-Beyt (ə) davamçısı bir şeydir, Əhli-Beytin (ə) bir qədər fərqli şeydir. Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır, buyurmuşdur ki, Məsumların (ə) dostları və davamçıları bir neçə dəstəyə bölünərlər. O dəstə ki, günahları azdır – dünyada və ya ölən zaman çətinliklə üzləşərlər. Bəzilərinin günahı onlardan daha çoxdur və ona görə də işləri öləndən sonraya qalmışdır. Onlar bərzəxdə və Qiyamətdə cəzalanacaqlar. O dəstənin ki, günahları lap çoxdur – işləri cəhənnəmə qədər gedib çıxar. Onlar cəhənnəmin üst qatına daxil olar, pak olandan sonra oradan çıxarlar. Peyğəmbərimiz (s) onları Əhli-beyt (ə) davamçısı adlandırmır. Məsumları (ə) sevən insanlar kimi onları tanıdır. Məsumları (ə) sevən hər kəsi Əhli-Beyt (ə) davamçısı adlandırmaq olmaz. Həzrət (s) buyurur ki, bizim davamçılarımız ancaq o kəslərdir ki, bizim əməllərimizin ardıcılı olarlar. Allah bizləri Əhli-Beytin (ə) ardıcıllarından qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|