Həyatda müvəffəq olmağın yolu nədən keçir?
Mьəllif: admin1
Tarix: 21-12-2020, 10:53
Həyatda müvəffəq olmağın yolu nədən keçir?
Əgər Qurani-Kərimdə düyünlərin açılması üçün bir resept axtarsaq, bu ayə qarşımıza çıxacaqdır: “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

Ayənin mənası budur ki, əgər dünyanın ən zəngin insanı olsan belə, Allahı yada salmırsansa – həyatın çətin olacaqdır. Ruhun hüzur tapmayacaqdır.

İnsan hər nə qədər sərvətə malik olursa-olsun, onun üçün yenə də azdır və nəyisə çatışmır. İnsan malik olmadıqlarına görə qüssə yeyər və əlində olanları itirəcəyinə görə isə narahat olar.

Ancaq əgər insan Allahı hər bir halda yada salarsa, bu narahatlıq və qüssə onu tərk edər. İnsan təkəbbürdən, həsəddən, tamahdan və başqa rəzil sifətlərdən nicat tapar.

Əgər biz Allahı yada salsaq, Allah da bizi yada salacaqdır. Qurani-Kərimdə buyurulur: “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).

Bizim nə qədər Səni yada salmağa ehtiyacımız vardır, Allahım!

Ya Rəbb, bizləri o kəslərdən qərar ver ki, bir an belə Səni yada salmaqdan qafil deyildirlər!

İlahi, bizə nemətlərini görə bilən gözlər əta et!

Allahım, bizi dərgahında şükür edənlərdən qərar ver! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031