O zaman möhlət istəməmək üçün…
Qurani-Kərimdə Allahdan möhlət istəmək barəsində buyurulur: “Ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq”. (“İbrahim” 44).
Bu ayəni ilk oxuyan zaman insana elə gəlir ki, bu ayə Qiyamət haqqındadır. Lakin o zaman ki, bu ayəni dərindən araşdırırıq – görürük ki, bu dünyada olan mövzulara aiddir. İnsanın Allahın dəvətini qəbul etməsi və peyğəmbərlərinə tabe olması – bu dünyada olan şeylərdir. Qiyamət günü də insanlar dünyaya qayıtmaq üçün xahişlər edəcəklər. “Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tövhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (dünyada öldürüb, Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb, Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»”. (“Ğafir” 11). “Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin”. (“Səcdə” 12). Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, günahkarlar bir gün peşman olacaqlar. Ancaq əldən verdikləri fürsətlər geri qayıtmayacaqdır. Tək nicat yolu – İlahi rəhbərlərin ardınca getməkdir. Hər kim İlahi rəhbərlərin ardıcılı olarsa, o, həm bu dünyada və həm də axirətdə səadət əhlindən olar. /Deyerler.org/ Oxşar xəbərlər
|