İblisin (lən) övladları vardırmı?
Şeytanın da insanlar kimi övladları vardır. Bu mövzu həm Quranda və həm də hədislərdə bəyan edilmişdir. “Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər. (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz).
Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir”. (“Kəhf” 50). Əllamə Məclisi buyurur: “Belə bir hədis vardır ki, Allah İblisə buyurur: Adəmə (ə) övlad vermərəm, məgər o halda ki, onun kimisini sənə verərəm. Hər bir insanın öz həmzad şeytanı vardır”. Şeytanın övladları da onun kimi insanları yolundan azdırmaq üçün dünyaya gələrlər. Ona görə İblisin lənəti onlara da aid edilər. Şeytanın nəslindən çox az hissəsi müsəlman olmuşdur, əksər şeytanların tək hədəfi – insanları yolundan azdırmaqdır. Əllamə Məclisi buyurur: “Allahın Rəsuluna (s) dedilər: “Sizin də həmzad şeytanınız vardır?”. Buyurur: “Bəli. Ancaq Allah mənə yardım etdi və onu müsəlman etməyi bacardım””. /Deyerler.org/ Oxşar xəbərlər
|