Belə insanlara görə, cəmiyyətə bəla nazil olmur
Həzrət Peyğəmbərin (s) nəzərinə görə, insaflı olmaq bəlanı insandan uzaqlaşdırar və İlahi qəzəbin qarşısını alar.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “İnsanlarla insaflı rəftar et. Onlarla xeyirxah və mehriban ol. Çünki əgər belə olsan, Allah sən yaşadığın diyarın insanlarına qəzəblənsə və onlara əzab nazil etmək istəsə – sənə nəzər salar, sənə xatir insanlara rəhm edər”. İnsafın başqa bərəkətlərindən biri də budur ki, əcəli təxirə salar. İnsaf, ağıldan daha çox bəhrələnməyə səbəb olar. Peyğəmbərimiz (s) buyurur: “Hər kimə danışıqda doğruçu olmaq, rəftarda insaf, valideynə yaxşılıq etmək, sileyi-rəhm ilham olarsa – onun əcəli təxirə düşər. Ruzisi çox olar, ağlından bəhrələnər. İlahi məmurlar sual verdikləri zaman lazımi cavab ona təlqin olunar”. İmam Əli (ə) buyurur: “İnsaf – ən üstün dəyərdir”. Əmirəlmöminin (ə) yenə buyurur: “Ən adil insan o kəsdir ki, ona zülm etmiş kəslə insafla rəftar edər”. Həzrət (ə) yenə buyurur: “Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|