Həqiqi zahidliyin dəqiq meyarı
Həzrət Peyğəmbər (s) buyurur: “Bu aləmdəki zahidlik üç şeylədir:
1. Arzuların qısa olması. 2. Nemətlərə şükür etmək. 3. Haramdan çəkinmək”. İnsanların əksər hissəsi zahidlik dedikdə, başqa şey başa düşürlər. Onların nəzərinə görə, zahidlik – maddi aləmdən ayrılmaq və insanlardan uzaq düşməkdir. Onların nəzərinə görə, həqiqi zahid o kəsdir ki, ictimai həyatdan inzivaya çəkilər və maddi həyata arxa çevirər. Halbuki, həqiqi zahid o kəsdir ki, arzuları qısa olar, nemətlərə görə şükür edər və haramdan çəkinər. Başqalarının haqqını qəsb etməkdən çəkinər, haram mal toplamaz, maddi imkanını məntiqli yollarda xərcləyər. Zahid o kəsdir ki, mal və dövlətə, vəzifəyə qarşı biganə olsun. Ancaq bu, o demək deyildir ki, ruzi qazanmasın. Xeyr. Sadəcə, qazandığı ruzini Allah istəyən kimi xərcləsin. Budur həqiqi zahidlik. /Deyerler.org/ Oxşar xəbərlər
|