İnsan təkamülünün hədəfi nədir?
Mьəllif: admin1
Tarix: 23-12-2020, 10:12
İnsan təkamülünün hədəfi nədir?
Hər kim təkamül etmək istəyirsə, gərək hədəfi məad olsun. Bu doğrudur ki, səy etmək və çalışmaq insan hərəkətinin həqiqətini təşkil edir, lakin hər hərəkətin əsil amili – hədəfdir.

Hədəfə malik olan insan hərəkət edər və səy göstərər. İnsan yarandığı ilk gündən bəri, ancaq göstərdiyi səy nəticəsində kamala çata bilmişdir.

Bir kiçik hüceyrə neçə mərhələlərdən keçərək, rüşeymdən insan meydana gətirmişdir. Bu insan isə böyüyür və daha böyük hədəflər üçün səy göstərir.

Lakin, eyni zamanda həyatında qərarsızlıq və hüzursuzluq mövcuddur. Həyatı bir haldan başqa hala düşür. Lakin elə ki, hədəfə malik olur – o zaman bu qərarsızlıq aradan gedir və hüzur yerini doldurur.

“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.

Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir”. (“Nəcm” 39-42).

İnsan əgər bu dünyada bir şey əldə etmək istəyirsə, gərək səy göstərsin və çalışsın. O, bu səyinin nəticəsini tezliklə görəcəkdir.

Bu əməllərinə görə ya mükafatlanacaq, ya da cəza alacaqdır. Ona görə də insan yarandığı ilk gündən bəri, hədəfi Allah və məad olmalıdır. Ancaq bu zaman təkamülə çata bilər və tərəqqi edə bilər.

“O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər)”. (“Qiyamət” 12).

“Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir”. (“Ələq” 8).

«Həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün, Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq». (“Bəqərə” 156).

İmam Əli (ə) bu ayə haqqında buyurur: “O zaman ki, deyirik “İnnə lilləh” – bu həqiqəti etiraf edirik ki, Allaha məxsusuq. O, bizim Allahımızdır.

Elə ki, deyirik “inna ileyhi raciun” – bu həqiqəti etiraf edirik ki, biz bu dünyadan gedəcəyik. Hal-hazırda hədəfə doğru hərəkətdəyik”.

Beləliklə, deyə bilərik ki, insan təkamülünün əsil hədəfi – Allah və məaddır. Hər kimin hədəfi Allah və məad olarsa, o, təkamülə çata bilər.

Çünki yaxşı bilər ki, bu dünya bir körpüdür və bu dünyadan bacardığı qədər axirəti üçün azuqə toplamalıdır. Topladığı bu azuqələrə görə onu axirətdə ya mükafat gözləyir, ya da cəza.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031