Sübh namazını camaatla qılmağa hansı savabları verirlər?
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər sübh namazını camaatla qılsam – mənim nəzərimdə ibadət və səhərə qədər oyaq qalmaqdan daha sevimlidir”.
İmam Əli (ə) buyurur: “Hər kim sübh namazını camaatla qılarsa, namazı yaxşı insanların namazı ilə birlikdə yuxarı qalxar və o gün (adı) təqvalıların cərgəsində yazılar”. Peyğəmbərimiz (s) buyurur: “Hər kim sübh və işa namazlarını camaatla qılarsa, Allahın zimməsi altında qərar tutar. Hər kim ona zülm edərsə, sanki Allaha zülm etmiş olar. Hər kim onu təhqir edərsə, sanki Allahı təhqir etmiş olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sübh namazını camaatla qılarsa və sonra Günəş çıxana qədər Allahın zikri ilə məşğul olarsa – Allah ona behiştdə 70 dərəcə verər”. /Deyerler.org/ Oxşar xəbərlər
|