Nə günah edirsənsə-et, amma…
Mьəllif: admin1
Tarix: 26-12-2020, 14:28
Nə günah edirsənsə-et, amma…
Nəql edurlər ki, bir kişi Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Məni yaxşı işlərə tərəf hidayət et”.

Həzrət (s) buyurur: “Doğru danış və yalandan çəkin. Başqa hansı günahı istəyirsənsə, yerinə yetir”.

Bu sözdən kişi çox təəccüb edir və Həzrətin (s) nəsihətini qəbul edir. Öz-özünə deyir: “Peyğəmbər (s) mənə yalandan başqasını qadağan etməmişdir. İndi filan qadının evinə gedəcəyəm və günah edəcəyəm”.

O, həmin qadının evinə tərəf gedir və yolda düşünür ki, “əgər mən bu günah əməli etsəm və kimsə məndən soruşsa ki, haradan gəlirsən, mən yalan deyə bilməyəcəyəm. Doğru danışsam, böyük bədbəxtliyə düçar olacağam”. Ona görə də fikrindən daşınır.

Yenə başqa günah etməyi düşünür. Ancaq həmin düşüncələr zehninə gəlir və nəhayət bütün günahlardan çəkinməyə başlayır.

Təbii ki, əziz Peyğəmbərimiz (s) bu kişiyə günah üçün icazə verməmişdir. Sadəcə, bu cür ibrətamiz yolla onu ayıltmış, günahın iyrəncliyi barəıdə agah etmişdir.

O kəs ki, doğru danışar, məcbur olar ki, heç bir günah etməsin. Bu, doğru danışmağın əhəmiyyətindən xəbər verir.

Ayətullah Bəhlul buyurur: “Mən bütün ömrüm boyu bir əməli tərk etmişəm və heç bir zaman yerinə yetirməmişəm.

Bir əməli isə heç vaxt tərk etməmişəm. Hər bir şəraitdə onu yerinə yetirmişəm.

Bu iki işimdən böyük bərəkətlər də görmüşəm.

Tərk etdiyim şey – yalandır. O şeyi ki, tərk etməmişəm – gecə namazıdır”.

Uca Allah bizləri günahdan uzaq olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031