Mənfi münasibət vasitəsilə islah necə olur?
Mьəllif: admin1
Tarix: 26-12-2020, 21:23
Mənfi münasibət vasitəsilə islah necə olur?
Mənfi münasibət vasitəsilə cəmiyyəti çox gözəl surətdə islah etmək olar. Burada elə bir ictimai qınaq mexanizmləri işlətmək lazımdır ki, günahkar insan, xəta törədən insan etdiyindən peşman olsun.

Misal üçün, hədislərdə oxuyuruq ki, şərab içənə qız verməyin, ondan qız almayın. Əgər insanlar şərab içəni bu cür qınasalar, o, öz əməlindən peşman olub, tövbə edər.

Yaxud, buyurulur ki, sələm verənlə dost olmayın. Əgər bazar əhli belə insandan heç nə almasa və heç nə verməsə, tezliklə onun dükanı bağlanacaq və sələmdən əl çəkəcəkdir.

Əgər insanlar günahkar insanla oturub-durmasalar, o, mütləq günahdan əl çəkər.

Şuəyb peyğəmbərə (ə) xitab olunur: “Ey Şuəyb! Sənin qövmünün 100 min nəfərini həlak edəcəyəm. Onların 40 min nəfəri günahkardır. 60 min nəfəri isə yaxşı insanlardır”.

Deyir: “Allahım, günahkarların günahı, onların ətəyindən yapışmışdır. Ancaq yaxşı insanlar nə etmişdir ki?”.

Xitab gəlir: “Ona görə ki, pislər günah etdilər, onlar isə əyləşib biganə oldular”.

Ona görə də mənfi münasibət vasitəsilə mübarizənin çox təsiri vardır.

“Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin (s) əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)!

Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur.

Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır”. (“Tövbə” 118).

Bu ayə o üç nəfər haqqındadır ki, Təbuk döyüşünə getməmişdilər. Onlar döyüşdən qayıdan zaman utanmadan Həzrəti (s) qarşılamaq üçün gəlirlər.

Həzrət Peyğəmbər (s) ətrafında olanlara əmr edir ki, onlarla danışmasınlar. Onlar Həzrətə (s) yaxınlaşıb salam verirlər və Peyğəmbər (s) salamın cavabını alır və başqa bir söz demir.

Hamı bu insanlarla söhbət etməkdən qaçır, hətta qadınlar və uşaqlar belə. Həyatları o qədər ağır olur ki, artıq şəhərdə yaşaya bilmirlər və səhraya üz tuturlar.

Orada o qədər ağlayırlar ki, tövbələri qəbul olur. Peyğəmbərimiz (s) onların dalınca adam göndərir. Bu ayə nazil olur.

Beləliklə deyə bilərik ki, mənfi münasibət vasitəsilə mübarizə – çox lazımlı əməldir. Əgər cəmiyyətin yaxşı insanları pis insanları ilə əlaqələrini kəssələr və onlarla oturub-durmasalar, həmin insanlar öz günahlarından geri qayıdar və tövbə edərlər.

Bu, Müqəddəs Quranın bizə verdiyi təlimlərdən biridir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031