Haqqı və haqq yolçularını necə tanıyaq?
İmam Əli (ə):
واعلَموا أنَّكُم لَن تَعرِفُوا الرُّشدَ حَتّى تَعرِفُوا الَّذي تَرَكَهُ، ولَن تَأخُذوا بِميثاقِ الكِتابِ حَتّى تَعرِفُوا الَّذي نَقَضَهُ، ولَن تَمَسَّكوا بِهِ حَتّى تَعرِفُوا الَّذي نَبَذَهُ، فَالتَمِسوا ذلِكَ مِن عِندِ أهلِهِ، فَإِنَّهُم عَيشُ العِلمِ ومَوتُ الجَهلِ، هُمُ الَّذينَ يُخبِرُكُم حُكمُهُم عَن عِلمِهِم، وصَمتُهُم عَن مَنطِقِهِم، وظاهِرُهُم عَن باطِنِهِم، لا يُخالِفونَ الدّينَ ولا يَختَلِفونَ فيهِ، فَهُوَ بَينَهُم شاهِدٌ صادِقٌ، وصامِتٌ ناطِقٌ. “Bilin ki, haqqı tərk edənləri tanımayınca, heç vaxt haqqı (və haqq yolu) tanımayacaqsınız! Əhd-peymanı pozanları tanımayınca, heç vaxt Quranın əhd-peymanlarına sadiq qalmayacaqsınız. Qurandan üz döndərənləri tanımayınca, heç vaxt ondan yapışmayacaqsınız. Belə isə haqq yolu, əhd-peymana sədaqəti, Qurana bağlılığı öz əhlindən istəyin ki, həqiqətən, onlar elmi dirildən, nadanlığın kökünü kəsənlərdir. Sizi xəbərdar edirəm ki, onlarda hikmət elmdən, sükut məntiqdən və zahir batindən coşur. Onlar haqqa əks çıxmaz, haqq üzərində bir-biri ilə ixtilaf etməzlər. Beləliklə, din onlar arasında doğru şahid və dilsiz natiqdir.” “Nəhcül-bəlağə”, xütbə 147. Oxşar xəbərlər
|