Günahın təcəssümü bu cür də olur…
Mərhum Hacıağa Həsən Qumi nəql edir: “Gözümü müalicə etmək üçün Məşhəddən Tehrana gəlmişdim. Elə bu zaman mən tanıdığım tacirlərdən biri ziyarət üçün Məşhədə gedirdi.
Gecə yatıb yuxuda gördüm ki, İmam Rzanın (ə) hərəmindəyəm. İmam (ə) zirəhin üstündə əyləşmişdir. Birdən həmin tacir İmama (ə) tərəf ox atmağa başladı və İmam (ə) narahat oldu. İkinci dəfə atdı və İmam (ə) yenə narahat oldu. Üçüncü dəfə ox atanda İmam (ə) arxası üstə yıxıldı… Mən dəhşət içində yuxudan ayıldım. Tehranda qaldım və həmin tacirin qayıtmasını gözlədim. Yuxumu onun üçün danışdım. O, ağlamağa başladı. Dedi: “Məsələ belədir ki, bir qadın əlini zərihə qoymuşdu və mənim ondan xoşuma gəldi. Əlimi onun əlinin üzərinə qoydum. Bunu üç dəfə təkrar etdim. Və ondan soruşdum ki, haralıdır? Dedi: “Tehranlı”. Onunla birlikdə Tehrana qayıtdım”. Beləcə, arif bir insanın vasitəsilə tacirə öz iyrənc əməlinin mahiyyəti aydın oldu və tövbə, peşmançılıq haləti yaradıldı. Allah Təala bizləri İmamı (ə) sevənlərdən və o Həzrətləri (ə) şad edənlərdən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|