Həzrət Əzrailin kimə yazığı gəlib?
Allahın tövbələri qəbul etmə səbəbi – Onun geniş rəhmətə malik olmasıdır.
“Rəhmətim hər bir şeyi əhatə etmişdir”. (“Əraf” 156). Allah Təala Qurani-Kərimdə Özünü Rəhim və Rəhman adlandırmışdır. O, bəndələri ilə ədaləti üzrə deyil, rəhməti üzrə davranır. Şəvanə Bəsriyə fəsad məclislərində iştirak edərdi. Bir gün kənizləri ilə birlikdə bir evin önündən keçir və oradan ağlamaq səsi eşidir. Kənizlərindən birini göndərir ki, baxsın görsün nə xəbərdir. Kəniz gedir qayıtmır. Sonra ikinci kənizini göndərir. O da birinci kəniz kimi gedir və qayıtmır. Üçüncü kənizini göndərən zaman ona tapşırır ki, tez qayıtsın. Üçüncü kənizi tez qayıdır və deyir ki, orada xətib moizə deyir və hamı ağlayır. Şəvanə həmin evə daxil olur və bu zaman xətib bu ayəni tilavət edir: “(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər. Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman, onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar”. (“Furqan” 12-13). Şəvanə bu ayəni eşidən zaman halı dəyişir. Cəhənnəm qorxusundan deyir: “Əgər mən tövbə etsəm, Allah qəbul edərmi?”. Xətib deyir: “Bəli, hətta əgər Şəvanə qədər günah etsən belə, Allah yenə də bağışlayar”. Deyir: “Ey şeyx! Şəvanə mənəm və bir daha günah etməyəcəyəm!”. O gündən sonra tövbə edir və haqq yoluna qayıdır. O qədər ağlayır ki, ona deyirlər ki, kor olacaqsan. Cavabında deyir: “Dünyanın korluğu axirətin korluğundan daha yaxşıdır”. Həzrət Əzrayilə vəhy gəlir ki, indiyə qədər kimin üçün ürəyin yanmışdır? Deyir: “Gəmini dənizdə batırdım və hamısı həlak oldular. Məgər bir ana və uşaqdan başqa. Sonra əmr etdim ki, ananın ruhunu qəbz etsinlər. Ancaq uşağı sağ saxladım və ürəyim onun üçün yandı. Dənizin dalğalarına əmr etdim və onu sahilə atdılar. Pələngə əmr etdim və ona süd verdi. Ona səltənət yolunu nişan verdim və sultan oldu. Ancaq o, tanrılıq iddiasında oldu və o, Nəmrud idi. Cəbrayil (ə) Allaha buyurur: “Nəmrud Səninlə vuruşmağa gəlmişdir”. Allah cavab verir: “Biz onunla vuruşmağa gəlməmişik. Hər nə olursa-olsun, bizim bəndəmizdir”. Bəli, Allah – belə Rəhim Allahdır. Bəndələrinə qarşı ədaləti ilə deyil, rəhməti ilə davranır. Əgər ədaləti ilə davransaydı, yer üzərində insan qalmazdı. Ancaq insan bunu dərk etmir və günah etməyə davam edir. Allahın tövbələri qəbul etmə amili də məhz rəhim olmasına görədir... /Deyerler.org/ Oxşar xəbərlər
|