Qurani-Kərimdə ən gözəllər
Mьəllif: admin1
Tarix: 1-01-2021, 21:04
Qurani-Kərimdə ən gözəllər
Qurani-Kərim nöqteyi-nəzərindən varlıq aləmi ən gözəl şəkildə yaradılmış və ona ən gözəl nizam-intizam və ilahi qanunauyğunluqlar hökm sürməkdədir.

Ən gözəl məxluq da insandır və onun təkamülü üçün ən gözəl qanun tənzimlənmişdir. Yaradılışda da məqsəd insanın ən gözəl əməl sahibi olması və ən gözəl əməl sayəsində Yaradan Allahın ona ən gözəl savab və mükafata layiq görməsidir.

1. Ən gözəl yaradan Allah-Taaladır:

فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

“Yaradanların ən gözəli olan Allah nə qədər ucadır!” (“Muminun”, 14.)

2. Ən gözəl məxluq insandır:

لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ

“Həqiqətən, Biz insanı ən gözəl biçimdə yaratdıq!” (“Tin”, 4.)

3. Ən gözəl kitab Qurani-Kərimdir:

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ

“Allah sözün ən gözəlini (Quran ayələrini) bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi.” (“Zumər”, 23.)

4. Ən gözəl qanunverici (hökm verən) Allah-Taaladır:

وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ

“Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha gözəl hökm verən kimdir?!” (“Maidə”, 50.)

5. Ən gözəl qissə və hekayələr Qurani-Kərimdədir:

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ

“Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl qissəni (hekayəni) danışırıq.” (“Yusif”, 3.)

6. Ən gözəl söz Allaha dəvətdir:

وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ

“(Xalqı) Allaha tərəf dəvət edən kəsdən daha gözəl danışan kim ola bilər?!” (“Fussilət”, 33.)

7. Ən gözəl göstərişə itaət:

وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم

“Rəbbinizdən sizə nazil edilmiş ən gözəl göstərişə tabe olun!” (“Zumər”, 55.)

8. Yetimin malı ilə ən gözəl şəkildə rəftar olunmalıdır:

وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ

“Ən gözəl şəkildən başqa, yetimin malına yaxın düşməyin” (“Zumər”, 55.)

9. Psliyi (insanların pis rəftarlarını) ən gözəl şəkildə dəf etmək:

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ

“Sən pisliyi ən gözəl şəkildə dəf et!” (“Muminun”, 96.)

10. Mübahisə edənlərlə ən gözəl şəkildə danışmaq:

وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ

“Onlarla ən gözəl şəkildə mübahisə et.” (“Nəhl”, 125.)

11. İnsanlarla ən gözəl şəkildə danışmaq:

وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ

“(Ya Rəsulum!) Bəndələrimə de ki, ən gözəl şəkildə danışsınlar.” (“İsra”, 53.)

12. Başqalarının sevgi izharına (salamına) ən gözəl şəkildə cavab vermək:

وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا

“Sizə salam verildiyi zaman siz də ən gözəl şəkildə cavab verin.” (“Nisa”, 86.)

13. Ən gözəl şəkildə əməl etmək yaradılışın hədəfidir:

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

“Hansınızın əməlcə ən gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.” (“Mülk”, 2.)

14. Ən gözəl mükafat:

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ

“Hər kim – kişi və yaxud qadın imanı olan halda yaxşı iş görsə, şübhəsiz, onu pak bir həyatla yaşadacaq və gördükləri yaxşı işlərin müqabilində onlara ən gözəl mükafat verəcəyik!” (“Nəhl”, 97.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031