Ayətullah Misbah Yəzdi: “Yolunu azmamağın ilk yolu odur ki, insan Allaha sadiq olsun”
Ayətullah Misbah Yəzdi demişdir: “İmam rəhmətlik çox dəyərli sözlər danışardı. O, bir neçə məsələni xüsusilə vurğulayar və həmişə deyərdi: “Allahın bənədlərinə bir moizəsi vardır və o da budur ki, hərəkətləriniz Allah üçün olsun”.
İslam tarixində bir çox insanlar olmuşdur ki, illərlə İslam yolunda əziyyətlərə dözmüşdülər, ancaq bir müddətdən sonra həmin yoldan xaric olmuşdular. Bu cür insanlar sonralar İslama elə zərbələr vurmuşdular ki, heç düşmənlər də bu qədər zərbə vurmamışdılar. Bir vaxta işgəncələrə dözmüş insanlar indi yollarını azmışdlar. Onlar yəqin ki, deyirlər ki, kaş ki, əvvəldən bu qədər əziyyət çəkməyəydik. Həzrət Peyğəmbərin (s) dəvətini qəbul edən insanlar üç dəstə idilər: ilk dəstədə o insanlar var idi ki, Allaha və Peyğəmbərə (s) həqiqi iman bəsləyirdilər. Bütün güclərini sərf edirdilər ki, cəmiyyətdə İlahi göstərişlərə əməl etsinlər. Bəzən kiçik günahlar işlədirlər, ancaq yenə də Allaha tərəf qayıdırlar. Allah da onları bağışlayar. İkinci dəstədə isə haqqı tanıyıb, ancaq İlahi və dini göstərişləri qəbul etməyənlər dururlar. Bu qrup insanlar haqqı tanıyırlar, bilirlər ki, Allahın və Peyğəmbərin (s) sözləri doğrudur, ancaq bu təlimlər onların istək və nəfsləri ilə düz gəlmir. Onu qəbul etmirlər və ona görə də ona qarşı çıxırlar. Üçüncü dəstə insanlar isə münafiqlərdirlər. Bu insanların nə dinə və nə də İlahi göstərişlərə kamil imanı vardır. Onlar kafil deyildirlər. Özlərini müsəlman adlandırırlar, ancaq öz insanları arasında bu həqiqətləri inkar edirlər. Qiyamət günü bu cür insanlar ilə möminlər arasında divar olar və onları cəhənnəm əzabına düçar edərlər. Qiyamət günü iman əhlinin münafiqlərə söylədiyi sözlərdən görmək olur ki, münafiqlər özlərini fitnə qarşısında qoyurlar. Vəziflərini yerinə yetirən zaman isə ləngiyirlər ki, işlərinin nəticəsini görsünlər. Sonra işə başlayarlar əqidələrində şəkk və şübhəyə düşməyə. Uzun arzuları onları aldadar. O kəslər ki, iman gətiriblər, yavaş-yavaş yollarını azırlar. Belə ki, insanın özü də buna diqqət etməz. Ancaq bir müddətdən sonra elə yerə çatar ki, geri dönə bilməz. Yolunu azmamağın ilk yolu odur ki, insan Allaha sadiq olsun. Münafiq kimi xəyalında Allaha qarşı hiylə işlətməsin. Gərək hoqqabazlarla oturub durmayaq. Çünki get-gedə onlara bənzəyəcəksiniz. Daima İlahi göstərişlərə əməl etmək lazımdır, vəzifələri əməl edən zaman isə möhkəm olmaq lazımdır. Əgər insan üçün şübhə yaranmışdırsa, gərək tez bir zamanda onun cavabını tapsın. Qoymasın ki, bu şühbə onu qəlbinə daxil olsun. İnsan əgər öz arzularını kontrol edə bilməzsə, bu arzular onu vəzifələrini yerinə yetirməkdən saxlayar”. /Deyerler.org/ Oxşar xəbərlər
|