Tövbə 2 halda qəbul olunmur
Mьəllif: admin1
Tarix: 2-01-2021, 11:35
Tövbə 2 halda qəbul olunmur
Tövbə 2 halda qəbul olunmaz. Onların biri bu dünyada olar. O zaman ki, İlahi əzab gələr, insanların etdiyi tövbənin təsiri olmaz. Çünki artıq gec olar.

Onlar İlahi əzab qorxusundan tövbə edərlər – bu tövbə həqiqi tövbə olmaz.

Firon ömrü boyu Həzrət Musaya (ə) və Bəni-İsrayil qövmünə əziyyət verir. Hətta onlar Həzrət Musaya (ə) qoşulub qaçan zaman belə, onları təqib edir.

Ancaq elə ki, boğulmaq qorxusu onu əhatə edir, fəryad çəkib deyir: “Musanın (ə) qövmünün iman gətirdiyi tək Allaha mən də iman gətirərəm və Ona təslim oluram”.

Bəli, bu cür tövbə qəbul olmaz. Çünki insan can qorxusundan tövbə etmiş olar.

Tövbənin qəbul olmadığı ikinci zaman – axirət aləmindədir. O zaman ki, insan ölər və o biri dünyaya gedər – onun tövbəsinin təsiri olmaz. Çünki axirət aləmində insanın əməl dəftəri bağlanar.

Artıq onu kamala çatdıra bilən heç bir əməl qalmaz. İnsan hansı halla o dünyaya gedərsə, o halı ilə Qiyamətə qədər qalar. O dünyada tövbə qəbul olunmaz.

Beləliklə, deyə bilərik ki, tövbələr iki halda qəbul olunmaz. Biri bu dünyada edilən tövbədir, biri isə axirətdə.

Bu dünyada insan İlahi əzab qorxusundan tövbə edərsə, həmin tövbə qəbul olunmaz. Axirət aləmində isə insanın əməl dəftəri bağlandığı üçün, etdiyi tövbələrin təsiri olmaz.

Uca Allah bizləri belə aqibətdən amanda saxlasın!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031