İnsanların Allahın nemətinə qarşı müti olması üçün nə etməli?
Ustad Qiraəti buyurur ki, insanları Allahın nemətinə qarşı müti etməyin yolları bunlardır: 1. Allahın nemətlərini saymaq. “Məgər Biz ona iki (görən) göz vermədikmi?!”. (“Bələd” 8). İnsanlara Allahın nemətlərini o qədər saymaq lazımdır ki, xəcalət çəksinlər və ibadət etsinlər. 2. Namazın bərəkəti barəsində danışmaq. Namazın hansı bərəkətləri vardır, dünya və axirət həsənələri hansılardır və əhəmiyyəti nədir, sirləri nədən ibarətdir – bütün bunlar haqqında danışmaq. 3. Allahın saleh bəndələri barəsində danışmaq. Onların tarix boyu nə etdiklərini və Allaha necə müti olduqlarını onlara nəql etmək. 4. Quranın namazı yüngül hesab edənləri gözləyən təhlükələrdən danışmaq. Hər kim namazı tərk edərsə, kəbirə günah işlətmiş olar. “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5). 5. Cəhənnəmə daxil olmağın səbəblərindən danışmaq. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?». Deyərlər: «Biz namaz qılanlardan deyildik”. (“Muddəssir” 42-43). (Ustad Qiraətinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|