Qəbri ziyarət etməyin ədəb qaydaları
Mьəllif: admin1
Tarix: 4-01-2021, 21:11
Qəbri ziyarət etməyin ədəb qaydaları
Dünyasını dəyişən insan dəfn etdikdən sonra, onu ziyarət etməyin ədəb qaydaları vardır ki, onlarla tanış olaq.

- Zəvvar pak olmalıdır.

- Ziyarət edən zaman üzü qəbrə tərəf olmalıdır.

- Bacardığı qədər Quran oxumalıdır.

- Quran oxuyan və dua edən zaman üzü qibləyə olmalıdır.

- Qəbrin üstünə pak su tökməlidir.

- Ölən üçün sədəqə verməlidir.

- Qəbrin üstünə çıxıb, onu əzməməlidir.

Ölünü dəfn etdikdən sonra müstəhəb əməllərdən biri – qəbrin üstünə su tökməkdir. Bunun üçün üzü qibləyə dayanın və meyitin baş tərəfindən suyu tökərək, ortasına qədər davam edin.

Bu yolla qəbir möhkəm olar. Və hədislərdə oxuyuruq ki, İmam Sadiq buyurur: “O zamana qədər ki, qəbrin torpağı rütubətli və təzə olar, qəbir sahibindən əzab götürülər”.

Bundan başqa, qəbrin üstünə su tökən zaman qəbir daşı yuyulur və təzələnir. Bu da ölən insana ehtiram əlaməti sayılır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031