Yaxınlaşmaq namazı, ünsiyyət namazı, inkişaf namaz – namazın Qurani-Kərimdə növləri
Ustad Qiraəti namazın əhəmiyyəti barəsində buyurur: “Namazın hesabı başqa şeylərdən ayrıdır. Quranda 88 dəfə “sələt” sözü işlənmişdir və elə bir ibadət yoxdur ki, Allah ona bu qədər əhəmiyyət versin.
“Varisin” ziyarətində oxuyuruq: “Şəhadət verirəm ki, namazı qılacaq, zəkatı verəcək və əmr-be-məruf və nəhy-əz-münkəri edəcəyəm”. Aşura gününün zöhründə İmam Hüseyn (ə) bir namaz qıldı. Bu namaz 35 kəlmədən ibarət idi və ona tərəf 35 ox atdılar… Namazın məqamı ucadır. - 350 rəqəmlik ibadətimiz yoxdur. Həcc iki və ya üç rəqəmlidir. Oruc da o cürdür. Ancaq 350 müstəhəb namaz vardır. - Niyə Ayət namazının beş rükusu vardır? - Namazın sözlərinə diqqət edilməlidir. Niyə “iyyəkə nəbudu” əvvəldə gəlmişdir? Quranda namazın dörd növü vardır ki, onlarla tanış olaq: 1. Şükür namazı. “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız”. (“Bəqərə” 21). 2. İnkişaf namazı. Bu namazın məqamı şükür namazından daha ucadır. Qurani-Kərim buyurur: “Bu Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45). 3. Ünsiyyət namazı. Allah Təala Həzrət Musaya (ə) buyurur: “Şübhəsiz, bu, Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14). 4. Təqərrüb (yaxınlaşmaq) namazı. Allah Təbarəkə və Təala Həzrət Peyğəmbərə (s) buyurur ki, əgər Mənə yaxın olmaq istəyirsənsə, səcdə et. “Rəbbinə səcdə et və Ona yaxın ol!”. (“Ələq” 19). Adəmdən (ə) Xatəmə (s) qədər namazın əhəmiyyəti yerlə göy qədərdir. Zəlzələ olur – namaz vacib olur. Yağış yağmır – namaz qılınır. Uşaq dünyaya gəlir – sağ və sol qulağına azan və iqamə oxunur. Qəbirdə qərar tutur – namaz qılınır. Hansı vacibat Adəmdən (ə) Xatəmə (s) qədər bu qədər əhəmiyyətli olmuşdur?”. /Deyerler.org/ Oxşar xəbərlər
|