Buna görə başa düşdüm ki, sən şah nəslindən deyilsən…
Mьəllif: admin1
Tarix: 7-01-2021, 11:03
Buna görə başa düşdüm ki, sən şah nəslindən deyilsən…
Bir gün padşahın dürrünün üzərində ləkə meydana gəldi. Hər nə etdilərsə, həmin ləkəni aradan apara bilmədilər. Hər kimə müraciət etdilərsə, səbəbini tapa bilmədi.

Nəhayət bir yoxsul aqil kişi dedi ki, mən səbəbini bilirəm. Onu şahın yanına gətirdilər və yoxsul kişi dedi ki, sizin dürrün içində qurd əmələ gəlmişdir və o, həmin dürlə qidalanır. Padşah bu sözlərdən güldü və dedi ki, əgər yalan deyirsənsə, boynunu vurduracağam.

Saray əhli dürrü sındırırlar və görürlər ki, həqiqətən də içində qara qurd vardır. Padşah əmr edir ki, yoxsula mətbəxin bir küncündə yer versinlər və yeməyin artığından ona versinlər.

Bir gün şah atına minir və yoxsul kişiyə deyir: “Bu mənim ən yaxşı atımdır və sənin bu at barəsində nəzərin nədir?”.

Yoxsul deyir: “Tez qaçmaqda ən yaxşı atdır, ancaq bir iradı vardır”.

Şah deyir: “Nə iradı vardır?”.

Yoxsul deyir: “Tez qaçan olsa da, su görən kimi özünü suyun içinə atır”.

Şah bu sözlərə inanmır. Yoxsulun sözlərini yoxlamaq üçün çayın kənarı ilə çapmağa başlayır və at özünü suya salır. Şah yoxsulun elmindən təəccüb edir.

Sabahısı günü onu yanına çağırır və deyir: “Ay kişi, de görüm başqa nə bilirsən?”.

Yoxsul qorxusundan titrəyən halda deyir ki, sən şah nəslindən deyilsən. Şah bu sözlərdən qəzəblənir və onu zindana atır. Lakin bu məsələni araşdırmaq qərarına gəlir.

Şah anasının yanına gəlir və anasına deyir ki, ona düzünü desin. O, şahzadədir, yoxsa yox? Anası təsdiq edir ki, o şahzadə deyildir.

O, danışır ki, övladları olmamasına görə xadimlərdən birinin uşağını övladlığa götürüblər və bunu gizli şəkildə ediblər ki, şahın qardaşları eşitməsin. Sonra elan ediblər ki, bizim uşağımız dünyaya gəlibdir.

Şah bu sözlərdən sonra yoxsul kişini yanına çağırır və bütün olanların səbəbini soruşur.

Yoxsul deyir: “Dürrü o cəhətdən müəyyən edə bildim ki, hər şey daxilindən xarab olmayınca, aradan getməz. Atın ayaqları tüklü olduğu üçün başa düşdüm ki, kiçik olan zaman öküzlərin yanında olub və onların südündən içibdir. Ona görə də sudan xoşu gəlir”.

Şah soruşur: “Bəs mənim şahzadə olmadığımı haradan bildin?”.

Yoxsul deyir: “Sən mənə iki gün mətbəxdə yer verdin, ancaq bununla kifayətləndin və mənə mükafat vermədin. Bu iş - bir şahın kəramətindən uzaq əməldir. Mən də başa düşdüm ki, sən şahzadə deyilsən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031